Azərbaycanda ötən il qeydiyyata alınan əsərlərin sayı açıqlandı

Azərbaycanda ötən il qeydiyyata alınan əsərlərin sayı açıqlandı

Hazırda oxunan: Azərbaycanda ötən il qeydiyyata alınan əsərlərin sayı açıqlandı

12627

Müəllif hüquqları obyektlərinin qeydiyyatı və reyestrə daxil edilməsi üzrə 2020-ci ildə 233 müəllifin 454 əsəri qeydiyyatdan keçirilib, əsərin qeydiyyatı haqqında 468 şəhadətnamə verilib.

Bizim.Media xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyinin 2020-ci ilin yekunları üzrə hesabatında bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Dünyanın ən böyük kitabxanası - 201 km-lik kitab rəfləri - FOTOLAR


O cümlədən “Elektron xidmət” bölməsi vasitəsi ilə 91 müəllifin 192 əsəri qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 197 şəhadətnamə verilib, 23 müqavilə qeydiyyatdan keçirilib.

Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən 2021-ci il 1 yanvar tarixinədək Agentlikdə bütövlükdə 13410 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsi ilə 199 müəllifin 416 əsəri qeydiyyatdan keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO