Bu gün korifey sənətkar, görkəmli gülüş ustası, səhnəmizin qaynanası Nəsibə xanım Zeynalovanın anım günüdür.
Bu gün dahi sənətkarı bir daha ehtiramla yad edib, onun haqqında 10 maraqlı faktı təqdim edirik:
1. Nəsibə Zeynalova 20 aprel 1916-cı ildə Bakıda tanınmış tacir və milli teatrımızın ilk peşəkar aktyorlarından biri, Azərbaycan realist aktyor məktəbinin banisi Cahangir bəyin ailəsində anadan olub.O səhnədə daha çox qadın aktrisa görmək istəyirdi. Məhz bu səbəbdən qızının aktrisa olmağını arzulayırmış. İndiki şahmat məktəbinin yerində Nəsibə xanımın atası Cahangir Zeynalovun mülkü olub. Cahangir Zeynalov teatrı çox sevən, xeyriyyəçi insan olub. 40 otaqdan ibarət mülkünün 250-300 nəfərlik böyük zalında teatr səhnəsi qurub. Dövrünün sənət adamlarına həmişə dəstək olub. Məşqləri nahar vaxtına salarmış ki, aktyorlar yemək yesinlər.
2. Sənətə rəqqasə kimi gələn gənc Nəsibə 16 yaşında Rza Təhmasibin dram dərnəyinə üzv olub.
4 aprel 1938-ci il-də yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa məhz Nəsibə Zeynalova olub.
3. Nəsibə xanımın ilk evliliyi uğursuz olub. İkinci həyat yoldaşı isə Mütəllib bəy olub. Onları Daşkənddə qastrol səfəri zamanı Mirzə Babayev tanış edib. Nəsibə xanım yeni həyat yoldaşından 11 yaş böyük olub. Bu evlilikdən Cahangir Zeynalov dünyaya gəlib.
4. 1994-cü ildə Mütəllib bəyin həyatdan köçməsinin 40-cı günündə Nəsibə xanım xəstəxanaya düşür. Onun beyninə qan sızır.
5. Nəsibə xanımın ən böyük arzularından biri ürəyində qalıb. O qız övladının olmasını çox istəyib. Rejissor Şərif Qurbanəliyev böyük sənətkarın arzusunu simvolik olaraq kerçəkləşdirib. “Bala başa bəla” tamaşasında məşhur bacı-qardaş şəkili belə yaranıb.
6. "Hicran" musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatıdır.
Xatırladaq ki, bu tamaşanı oynayarkən hər 3 sənətkar-Nəsibə Zeynalov, Hacıbaba Bağırov və Siyavuş Aslan küsülü olublar.
7. Nəsibə xanım nəvəsinə qarşı çox sərt olub. Onu ad günlərinə, son zəngə buraxmayıb. Bir dəfə isə Nəsibə xanımdan icazəsiz sinif yoldaşının ad gününə getsə də, Nəsibə xanım nəvəsinin ardınca məktəbə gələrək onu ad gününə getməyə qoymayıb, evə aparıb.
8. Nəsibə xanım ömrünün son günlərində gəlinindən halallıq istəyərək deyib: “Elnarə, Allah sənə cansağlığı versin. Sən ki, mənə və Cahangirə dözmüsən, kişi adamsan”.
9. Aktrisa “Qaynana” filmində mətbəxdə oxuduğu bayatını anasından öyrənib. Nəsibə xanımın anası həmişə o bayatını zümzümə edirmiş. Təsadüfi deyil ki, o Azərbaycan xalqının təfəkküründə daha çox qaynana kimi qalıb və yaşayır.
10. Gülləri və heyvanları xüsusilə, pişikləri çox sevib. Harda sahibsiz pişik görsə, ürəyi yanır, götürüb evə gətirirmiş.
Onlara qulluq edir, yorğan-döşək də tikirmiş. Bir dəfə isə öz pişiyi üçün qonşu pişiyinə xonça ilə elçi gedir. Ədəb-ərkanla qonşudan pişiyin "həri"sini alır.
Nəsibə Zeynalova 2004-cü il martın 10-da Milli Teatr Günündə dünyasını dəyişdib.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
17:25 / 10.03.2023
Pişiyi üçün elçi gedən, teatr günü vəfat edən Nəsibə Zeynalova haqqında 10 FAKT
Hazırda oxunan: Pişiyi üçün elçi gedən, teatr günü vəfat edən Nəsibə Zeynalova haqqında 10 FAKT
Hazırda oxunan: Pişiyi üçün elçi gedən, teatr günü vəfat edən Nəsibə Zeynalova haqqında 10 FAKT
124820
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.