Azərbaycanlı pianoçu Türkiyədə “mədəniyyət elçisi” adına layiq görüldü

Azərbaycanlı pianoçu Türkiyədə “mədəniyyət elçisi” adına layiq görüldü

Hazırda oxunan: Azərbaycanlı pianoçu Türkiyədə “mədəniyyət elçisi” adına layiq görüldü

11771

Azərbaycanın Əməkdar artisti, dirijor, bəstəkar və pianoçu Turan Manafzadə Türkiyənin beynəlxalq e-ticarət platforması olan “WORLDEF” şirkəti tərəfindən Azərbaycan-Türkiyə qardaşlığının dəstəklənməsi və iki ölkə mədəniyyətinin dünyada tanıdılması istiqamətində fəaliyyətlərinə görə “Mədəniyyət elçisi” adına layiq görülüb.

 

MÖVZU İLƏ BAĞLI:

Bakıdakı Müqəddəs Jen-Mironosits kilsəsi - VİDEO


Bizim.Media xəbər verir ki, bununla bağlı “WORLDEF” tərəfindən T.Manafzadəyə ünvanlanan təbrikdə musiqiçinin karyerası və həyat tərzinin cəmiyyət üçün nümunə olduğu, Azərbaycan və Türkiyə mədəniyyətləri arasında körpü rolu oynadığı qeyd edilir.

Həmçinin Turan Manafzadənin istedadı və səyləri ilə həm Azərbaycan, həm də Türkiyə mədəniyyətinin dünyada tanıdılmasında vacib bir vəzifəni icra etdiyi vurğulanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO