Sonunda bunu da etdilər

Sonunda bunu da etdilər

Hazırda oxunan: Sonunda bunu da etdilər

83226
 Moderator.az-ın verdiyi xəbərə görə, Malayziya dünyada bir ilkə imza atdı. Bir şirkət Müsəlman qadınların məhrəm yerlərini doğum əsnasında saxlayan və doğumda geyilən bir şalvar çıxardı.

Focus Online-da yer alan xəbərə görə Malayziyalı MamaPride adlı şirkət, ölkədəki çox sayda müsəlman qadının kişi həkimlərin doğuma girməsini istəməməsi üzərinə doğum şalvarını icad edib.

QADININ QÜRURU QORUNACAQ

Xəbərdə MamaPride adı verilən doğum şalvarının, doğum əsnasında qadının məhrəm yerlərini saxlayaraq qürurunu qoruyacağı bildirilib. İnternet üzərindən sifariş edilə bilən MamaPride 20 dollara satılıb.

Xəbərə görə, ölkədəki bəzi xəstəxanalar da MamaPrideni dini səbəblərlə kişi həkim istəməyən qadınlara doğum əsnasında təqdim edib. Şirkət səlahiyyətliləri, MamaPrideni bu mövzuda həssas olan qadınlara kömək etmək məqsədiylə çıxardıqlarını, tamamilə istəyə bağlı və həkimlə görüşərək istifadə edilə biləcəyini ifadə edib.

ŞALVARIN ÖN HİSSƏSİNDƏ XÜSUSU BÖLMƏ

Eşofmanı xatırladan doğum şalvarı biləklərdən göbəyə qədər bütün üzvləri bağlayır. Şalvarın ağ hissəsində olan və yalnız körpənin dayana biləcəyi qədər açılan xüsusi bölmə, doğum əsnasında körpənin alınmasına imkan tanıyır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO