Arif Məmmədov Aynur Camalqızına cavab verdi...

Arif Məmmədov Aynur Camalqızına cavab verdi...

Hazırda oxunan: Arif Məmmədov Aynur Camalqızına cavab verdi...

81514
Keçmiş deputat, “Gündəlik Teleqraf”x9d  qəzetinin baş redaktoru Aynur Camalqızı bir neçə gün öncə İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı missiyasının rəhbəri Arif Məmmədov haqda bəzi fikirlər səsləndirib. A.Camalqızının sözlərinə görə, o, Milli Məclisin deputatı olan zaman Avropaya səfərlərində Arif Məmmədov onların çemodanını daşıyıb.

Qalmaqallı açıqlamalarıyla rəsmi Bakının qəzəbinə, medianın diqqət mərkəzinə gələn səfir Arif Məmmədov məsələ ilə bağlı Moderator.az-a açıqlama verib:

“Aynur Camalqızının belə absurd mövqeyi məni çox təəssüfləndirdi. Mən qadının əşyasını daşımağı özümə eyib saymıram. Mən heç şəxsi sürücümə bu günə qədər imkan verməmişəm ki, mənim hər - hansısa əşyamı daşısın. Bunu hamı bilir, bunlar mənim tərbiyəmdən irəli gəlir və mən hər zaman belə olacam.”x9d

Xəyal Əzizov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO