Oksford lüğəti ilin sözünü seçib

Oksford lüğəti ilin sözünü seçib

Hazırda oxunan: Oksford lüğəti ilin sözünü seçib

62183
İngilis dili üzrə Oksford lüğətinin versiyasına görə, elektron siqaretlərin çəkilməsini bildirən “vape”x9d feli 2014-cü ilin sözü seçilib. RYTN-in saytına istinadən məlumata görə, bu barədə Oksford lüğətinin rəsmi bloqunda deyilir. 

“to vape”x9d felinin tərifi 2014-cü ilin avqustunda yaranıb. Sözün hərfi mənası elektron siqaret və ya digər oxşar qurğuların buraxdığı tüstünü nəfəsə almaq deməkdir. Leksikoloqlar seçimlərini elektron siqaretlərin populyarlığının artması ilə izah ediblər. “vape”x9d sözündən istifadə 2014-cü ilin aprelində - Londonda ilk profilli “vape”x9d kafe açılanda və Nyu-Yorkda elektron siqaretlərin binalarda çəkilməsinə qarşı etiraz aksiyalarının keçirilməsi zamanı kəskin artıb.

İlin sözü adına namizədlər siyahısına həmçinin “normcore”x9d (diqqəti cəlb etməyən geyimi dəbli kimi geyinmək), “contactless”x9d (kontaktsız - telefon, smart kart və s. oxşar qurğuların simsiz birləşdirilməsi texnologiyası haqqında) və “slacktivism”x9d (internetdə insandan xüsusi səylər tələb etməyən siyasi aksiyalarda iştirak, məsələn, onlayn petisiyanı imzalamaq) daxildir.

İngilis dilinin digər lüğətinin (Collins English Dictionary) versiyasına görə, ilin sözü “to photobomb”x9d feli olub. Söz nəşrdə belə izah edilir: “fotoşəkildə subyektin icazəsi olmadan görünmək”x9d(anspress)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO