Mətbuatda vaxtaşırı öz
təhlil yazıları ilə çıxış edən Elçin Qurbanovun qələmə aldığı “Vergi fəlsəfəsi və
onun ideoloji əsasları” adlı kitabı yaxın günlərdə işıq üzü görəcək. Müəllifin
verdiyi məlumata görə, o, artıq mətbəədən kitabın siqnal nüxsəsini alıb. Son
korrektədən sonra kitab nəşr olunacaq.
Ali məktəb müəllimləri,
tələbələr, iş adamları və iqtisadiyyatla maraqlanan vətəndaşların maariflənməsi
üçün nəzərdə tutulan kitabın ciddi oxucu kütləsi toplayacağı güman edilir.
Redaksiyamız adından
müəllifə müvəffəqiyyətlər arzulayırıq.






















































































