"Fənərbaxça"nın
prezidenti Aziz Yıldırım yenidən ata olub.Moderator.az Fanat.az-a istinadən xəbər verir ki, klub
rəhbərinin ikinci həyat yoldaşı Qonca Yıldırım "Yaz" adını verdikləri
qızlarını dünyaya gətirib.
Qeyd edək ki, Aziz Yıldırımın 2010-cu
ildə boşandığı ilk həyat yoldaşı Yıldız Yıldırımdan Hande və Gülşah adlı iki
qızı var. Hande 2009-da, Gülşah isə ötən il klub prezidentinin qız nəvələrini
dünyaya gətirib.
Onu da bildirək
ki, Aziz Yıldırımın 60, həyat yoldaşı Qonca Yıldırımın isə 40 yaşı var.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.