Yaponiyada keçirilən "ofis oturacağı" yarışı rəngli görüntülərə səhnə olub.
Moderator.az xəbər verir ki, 10 ildir keçirilən Formula 1 və fiziki dözümlülük yarışlarından ilham alan ofis oturacağı yarışlarının sonuncusu Tokio yaxınlığındakı Hanyu şəhərində həyata keçirilib.
2 saatlıq müddətdə 200 metr uzunluğundakı ərazidə ən çox məsafəni qət edə bilmək üçün oturacaqlarını geriyə doğru sürməyə çalışan yarışmaçılar isti havada çətin anlar yaşayıb.
100-ə yaxın iştirakçıdan ibarət olan 55 komandanın qatıldığı yarışın sonrakı dayanacağı gələn ay Yaponiyanın İvate şəhəri olacaq.
Kamran



























































































