Kişilərin xəbərsiz olduğu 10 cəlbetmə taktikası - Görünüş, səs tonu, qoxu...

Kişilərin xəbərsiz olduğu 10 cəlbetmə taktikası - Görünüş, səs tonu, qoxu...

Hazırda oxunan: Kişilərin xəbərsiz olduğu 10 cəlbetmə taktikası - Görünüş, səs tonu, qoxu...

215496
Moderator.az bu dəfə psixoloq Mustafa Qılıncın kitabından kişilərin xəbərsiz olduğu cəlbetmə taktikasından söz açacaq. Hər şeydən əvvəl bilmək lazımdır ki, qadınlar cazibədar görünməyin yollarını kişilərdən daha yaxşı bilirlər. Onlar “cazibədar” təlimlərini başa vurublar. Kişilər də bu sirləri öyrənərək əla nəticələr əldə edə bilərlər. Bəs onda nədir qadınların bildiyi, kişilərin bilmədiyi oyunlar?xa0

Birinci sirr: Nə istədiyinizi bilin.xa0

Bir çox kişi əldə edə bildikləri ilə kifayətlənmək məcburiyyətində qalmaqdan əziyyət çəkir. Çox vaxt qadınların qarşısına bir çox namizəd çıxır. Bu səbəbdən də onların seçmək şansı daha çoxdur. Qarşınızdakı insanda nə axtardığınızı bilsəniz, potensial namizədi axtarmaqla kifayətlənməyib özünüzü də istənilən səviyyədə ifadə edə biləcəksiniz. Ümidsiz və çarəsiz olmadığınızı göstərərsiniz. Eyni zamanda, güc sahibi olduğunuzun işarəsini vermiş olarsınız. Çünki mühakimə edən tərəf sizsiniz. Həm də güc sizdə olarsa, razı salmağa çalışılan tərəf də siz olarsınız.xa0
xa0
İkinci sirr: Mükafat olun.

Razı salınacaq tərəf olmaq digərlərinin gözündə müəyyən bir qiymətinizin olduğu deməkdir. Səbəbi nə olursa olsun, sizi istəyirlər. Bu halda sizə çatmaq onların işidir. Bunun reallaşması üçün özünüzə qiymət verməlisiniz. Hərəkət və davranışlarınızla bunu qarşınızdakına göstərməlisiniz. Qadınların qarşısına onları özünə cəlb etməyə çoxlu kişi çıxır. Amma onların diqqətini çəkən, onları ələ alan bilən az olur.xa0

Üçüncü sirr: Diqqət çəkmək üçün yaxşı geyinin.

Qadınlar xarici görünüşlərinə çox əhəmiyyət verirlər. Bir çoxlarının kişilərin diqqətini çəkməsinin səbəbi budur. Qadınlar bilirlər ki, geyindikləri paltarlar insanların diqqətini çəkir. Dəblə ayaqlaşdıqlarından kişilərin də geyimlərinə diqqət edirlər.xa0

Dördüncü sirr: Sizdən gözəl qoxu gəlsin.

Demək olar ki, kişilərixa0 hamısı qoxu hissinə əhəmiyyət vermir. Odekolon və ya teraşdan sonra losyondan istifadə etməyə ehtiyac görmürlər. Amma qadınlar bilirlər ki, birinin onu bəyənməsi üçün bütün hisslərə xitab etmək vacibdir. Görünüş, səs tonu, təmas, qoxu və s.xa0


Qadınların istifadə etdiyi ətirlərin sizi necə dəli etdiyini düşünün. O zaman gözəl qoxunun nə qədər vacib olduğunu anlayacaqsınız. Bir qadının yanında sizdən yaxşı ətir qoxusu gəlirsə, onun varlığınızdan məmnun qalmasına nail olacaqsınız. İnanmırsınızsa, yoxlayın və nəticəni görün.xa0

Beşinci sirr: Diqqət çəkin, fərq yaradın.xa0

Cazibə qanununa bağlı olan bütün hərəkətlərlə yanaşı, gözəl baxışlar bir çox problemi həll edir. Diqqət çəkmək bu baxımdan vacibdir. Diqqət çəkə bilmək sizi bəyənməsini istədiyiniz insanla söhbət üçün ortaq mövzunun olacağını göstərir. Gündəmi izləmək, mədəniyyət, musiqi, dedi-qodu və bu kimi şeylər qadınların sizinlə vaxt keçirməsinə səbəb olacaq. Lakin dinləməyi də yaxşı bacarmalısınız. Yanaşmanız dəyişəndə nəticə də dəyişəcək. Bununla da fərq yaradan fərqi tapacaqsınız.xa0

Altıncı sirr: Gözlənilməyəni edin.

Gözlənilməz şeylər etmək ətrafınızda həyəcan və maraq yaradacaq. Belə olan halda insanlar sizin yanınızda ağıllı və diqqətli olacaqlar. Əlbəttə ki, gözlənilməz şey kiməsə yüksək səslə lənət oxuyub və ya axmaq bir iş görüb gülünc vəsiyyətə düşmək demək deyil. Sizdən gözlədiklərinin əksini etməlisiniz. Məsələn, qız dostunuzun kitablarına yox, zəkasına kompliment deyin. Böyük ehtimalla belə kompilimentlərə öyrəncəli deyil. Bu sizi başqalarından fərqləndirəcək. Onu bəsit bir yemək və ya kinoya dəvət etməkdənsə, yaradıcı bir tədbirə dəvət edin. Sizdən gözləmədiyi şeyləri etdiyinizdə münasibətlərdə həyəcan olacaq.xa0

Yeddinci sirr: Həm isti, həm soyuq olun, balans yaradın.xa0

Diqqəti cəlb etmək üçün hisslərin xəbərdar edilməsi vacibdir. Hiss olmadan diqqət çəkmək mümkün deyil. Lakin bir hissin çoxluğu onun azlığı qədər zərərlidir. Özünüzü hər zaman yaxşı və ya hər zaman pis hiss etməyiniz qarşınızdakı insandan uzaqlaşmağınıza səbəb ola bilər. İsti vəxa0 soyuq hisslər arasında var-gəl etdiyinizdə partyorunuzun diqqətini daim çəkə biləcəksiniz. Sadəcə balans yaradın. Qadınlar bunu hər zaman edərlər. Bəzən sizinlə çox maraqlanar, sizi bəyənirmişlər kimi görünərlər. Bəzən isə yoxmuşsunuz kimi davranarlar. Yaxşı və pis hisslər arasındakı bu gediş-gəliş partnyorunuzun sizə bağlı qalmasını təmin edər. Bu davranışları kişilər də edə bilərlər.xa0

Səkkizinci sirr: İstədiyinizi əldə etmək üçün çətin adam roluna girin.

Heç kim rahat əldə edilən bir şeyin qiymətini bilməz. Qadınlar bunu çox yaxşı başa düşürlər. Qadınlar bilirlər ki, çox rahat əldə olunsalar, kişilər onları tərk edəcəklər. Qadınların hədəfə çatmaq üçün çalışmağın vacib olduğunu təlqin edən inancları onları emosional olaraq rahatlandırır.xa0

Doqquzuncu sirr: Macerapərəst olun.

Macerapərəst olmaq gözlənilməyən şeyləri etməkdən bir qədər fərqlidir. Maceralara atılmaq yenilikləri təcrübdən keçirməkdir. Bu, adət olunanın xaricinə çıxmaq həm beynini, həm də qarşındakını təəcübləndirməkdir. Kişilər macerapərəst qadınları sevirlər. Çünki bu qadınlar onlara yaşadıqlarını hiss etdirər və bu gözəl hisslərlə qadınla bir bütün olarlar. Bu, qarşı tərəf üçün də keçərlidir. Macerapərəst bir kişi qadının ayaqlarını asanlıqla yerdən kəsə bilər. Ona yaşadığını hiss etdirər.xa0

Onuncu sirr: Qadınlığınızdan (kişiliyinizdən) istifadə edin.

Qadınlar cəlbedici olmağın kişilərin diqqətini çəkmək üçün güclü vasitə olduğunu bilirlər. Kişilər, adətən, bu barədə düşünmürlər. Lakin kişilər də cəlbedici ola bilir, asanlıqla qadınların onları bəyənməsini təmin edirlər. Bir kişinin cəlbedici olmağı üçün kişi kimi hərəkətlər etməyi vacibdir. Yəni güclü, cəsur olmalı, enerjisini dalğa-dalğa ətrafa yaymalıdır.xa0

Vasif Əlihüseynxa0xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO