Dünyanın 8 ən böyük psixopatı...- FOTOLAR

Dünyanın 8 ən böyük psixopatı...- FOTOLAR

Hazırda oxunan: Dünyanın 8 ən böyük psixopatı...- FOTOLAR

152647
Hamı Hitlerin törətdiyi vəhşiliklərdən xəbərdardır. SSRİ-nin zalım diktatoru Stalinin təxminən 10-60 milyon insanı aclıqdan və səfalətdən öldürdüyü faktı xa0heç kimə sirr deyil. Lakin dünyada bunlardan başqa da çoxlu cinayət edən və tarixin qanlı səhfələrinə adını yazdırmış xa0diktatorlar var.xa0

Moderator.az tarixin 8 ən böyük psixopatını təqdim edir.:

II Leopold

1865-ci ildən, 1909-cü ilə qədər Belçika Kralı olan II Leopoldun xa0Konqo müstəqil respublikası yaratması 3 milyon insanın ölümünə gətirib çıxartdı. O, Konqoda kauçuk və fil dişi istehsal etmək üçün Belçikadan böyük sərmayə yatırmışdı. Onun rəhbərliyi altında yerli xalq böyük işgəncələrə məruz qalaraq azalmağa başladı. Müasir Konqo Leopolddan irs qalan bir sistem ilə idarə edilir. Silahsız insanlara qarşı ordu tərəfindən törədilən qırğınlardan tutmuş, dövlət tərəfindən qanuniləşdirilmiş oğurluğa qədər hər şeyə rast gəlmək mümkündür.xa0

Pol Pot

1925-ci ildə kəndli ailəsində anadan olmuş Pol Pot, xa0Kambocada “Qızıl Kxmerlər”x9d partiyasını yaratmış, 1976-79-cu illər isə Kamboca diktatoru olmuşdur. O, hakimiyyətə gəldikdən sonra xa0Kamboca əhalisinin 25%-inin ölümünə səbəb olan bir aqrar siyasət yürütdü. Pol Pot Kambocada bir qanlı komunist rejim quraraq, şəhər xa0əhalisinin zorla köçürülməsinə və yerli əhalinin çətin şərtlər altında ətraf məntəqələrdə yaşamasına məcbur etdi. Səhər 4-də başlayıb axşam 10-a qədər insanlar qul kimi işlədilir və qızıl əsgərlər tərəfindən sərt qaydalarla idarə olunurdu. Bir tərəfdən məcburi əməyə cəlb edilənlər az qidalanmağa məcbur edilirdi ( hər gün 180 qram düyü yeməyə icazə verilirdi). Ən dəhşətlisi isə Qızıl Kxmerlərin icra etdiyi “kütlə edamı”x9d adlandırılan edam idi ki, xa0bu proses xa0 balta, çəkic, itilənmiş bambuk çubuqları ilə icra olunurdu. 2 milyon insanın öldürdüyü bu qanlı rejiminə Vietnam ordusu Kambocanı işğal etdikdən sonra son qoydu. xa0Pol Pot törətdiyi bu cinayətlərə görə məhkəmədə mühakimə edilməzdən əvvəl infarkt nəticəsində dünyasını dəyişdi.

İvan Qroznu


Dəhşətli, qorxunc İvan adını almış İvan Qroznu 1533”“cü ildən 1547-ci ilə qədər Moskva şahzadəsi, 1547-ci ildən ölənə qədər ”“yəni 1584-cü ilə qədər ilk rus çarı olmuşdu. O, hakimiyyəti dövründə Rusiyanın xa0sərhədlərini xa0xeyli xa0genişləndirib, böyük bir imperiya yarada bildi. Məsələn, 1570-ci ildə Novqorod şəhər elitasının xa0Polşa tərəfə keçmək istədiyini bilən İvan Qroznu, onların qarşısını almaq üçün şəhər ətrafında perimetr formasında divar tikdirmişdi. Bu zaman İvanın gözü önündə 500-1000 nəfər insan dəhşətli işgəncələrlə öldürüldü. O, eyni zamanda xa0ölkənin tanınmış nəsildən olan şəxslərini xa0qətl və ya sürgün etdirmişdi. Onun bəzi hərəkətlərini izah etmək üçün, psixoloji xəstəlikdən əziyyət çəkdiyini qeyd edirlər. O, öz hamilə gəlinini döyüb uşağını salmasına səbəb olduqdan sonra, xa0bunu öyrənən oğlunu da vurub öldürmüşdü ki, xa0bu xa0onun xəstəliyinin xa0nəticəsi olaraq izah olunurdu.

Elizabet Batori

Drakuladan ilhamlanmış və bütün zamanların ən ürpədici seriyalı qatillərindən biri olan Elizabet Batori Macarıstanda Karpat dağlarının qrafinyası idi. Baxmayaraq ki, onun qurbanlarının sayı mübahisəlidir, lakin hesab olunur ki, o, 1585-ci ildən 1610-cu ilə kimi yüzlərlə qızı işgəncəylə öldürməsinə görə məsuliyyət daşıyır. Onun edam üsulları çox dəhşətli idi. Qızların öz ətlərini özünə yedirdir, ayrı”“ayrı hissələrini yandırır, bədənlərinə iynə batırıb kənardan ləzzətlə onlara tamaşa edirdi. Elizabet həftələrlə onlara işgəncə verir, aclıqdan ölənə qədər və yaxud şaxtada dondurub öldürürdü. O, həmçinin qızların qanı ilə vanna qəbul edib öz əvvəlki cavanlığına qayıdacağına inanırdı. Onun soyadı və vəzifəsi onu məhkəməyə verməyə icazə vermirdi, lakin o, ömrünün sonuna kimi tək otaqda yaşamağa məcbur oldu.

Henrix Himmler

Nasist Almaniyasında ikinci ən güclü və qorxulu bir şəxs olan Henrix Himmler yəhudilərin qırılması və Holokostu planlaşdırması ilə tanınır. Himmler birləşmiş polis qüvvələrinin komandanı olaraq Almaniyada toplaşma düşərgələri qurmuş, bura “ölüm qatarları”x9d ilə insanların vaxtında toplanmasına özü şəxsən nəzarət etmişdir. Nasizmin xoş gələcək sevdası uğrunda 8 milyondan çox yəhudi, rus, komunist və s. digər zümrələrdən olan insanlar öldürüldü. Himmlerin evində yəhudi sümüklərindən və dərisindən hazırladığı əşyalar və xa0kitabı olduğunu qeyd edirlər. 1945-ci ildə etdiyi cinayətlərdən sonra zəhər içərək intihar etdi.xa0

Adolf Eichmann

Adolf xa0Eicman alman nasist liderlərindən biri, həmçinin Holokostun əsas icraçılarından idi. O, yorulmadan ikinci dünya müharibəsi zamanı, Orta Avropadan yəhudiləri ölüm düşərgələrinə toplayaraq, 2 ay içində 400 min macar yəhudilərini qətliam etdi. xa0Eichman ümumilikdə 8 milyon yəhudinin qətlində iştirak edib. Hətta xa0öz atasını öldürmək əmri alsaydı belə, bu əmri yerinə yetirəcəkdi. 15 il istintaqdan qaça bilsə də, 1962-ci ildə tutulub dar ağacından asıldı.

Tomás de Torquemada

Tomas de Torquemada 1478-ci ildə İspaniyada Böyük İnkivizisiya məhkəməsi quran şəxsdir. Bütünlüklə İspaniya monarxının əlində olan bu məhkəmə hesab edirdi ki, katolik kilsəsi üçün böyük təhlükə var. Onlar bu məqsədlə heç bir dəlil”“sübut olmadan minlərlə insanı öldürür və təcavüz edirdilər. Torquemada həmçinin yəhudilərin öldürülməsinə dair əmr vermiş, onlar üçün xüsusi işgəncə növü icad etmişdi. İnsanları odda yandırmaq, suda boğmaq, aclıqda saxlamaq və s. işgəncələrlə öz əqidlələrindən döndərməyə məcbur edirdi. Onun “garruka”x9d ”“ məhbusun əlini və ayağını dartıb qopartmaq, “toca”x9d ”“ məhbusun boğazına zorla su töküb boğmaq, “porto”x9d- bədəndə qanın axmasını dayandırmaq üçün ətrafına dar kəndir dolayıb sıxmaq kimi özü icad etdiyi işgəncə növləri vardı.

Josef Mengele


“Ölüm mələyi”x9d adı alan Josef Mengele Austis toplanma düşərgəsində həkim kimi işləyirdi. O, ölüm düşərgələrindən öldürülməyə hazır olan yəhudiləri seçir və onların üzərində dəhşətli təcrübələr aparırdı. Məsələn: xa0Yəhudilərin gözünə kimyəvi maddələr töküb onların rəngin dəyişdirir, və həmçinin cinslərin dəyişdirmək üçün cəhd edirdi. “Ölüm mələyi”x9d bəzən valideynləri öz övladlarını öldürməyə məcbur edir, uşaqlara ağır işgəncələr verərək, onların nə qədər müddət yaşaya biləcəklərini müşahidə edirdi. 4000 insanı qaz kameralarında öldürmüşdü. Josef ailəsi ilə birlikdə Cənubi Amerikaya qaçdı və 1979-cü ildə suda boğularaq öldü.xa0

Osman Eminov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO