Yumurta qabığının  -MÖCÜZƏLİ FAYDALARI

Yumurta qabığının -MÖCÜZƏLİ FAYDALARI

Hazırda oxunan: Yumurta qabığının -MÖCÜZƏLİ FAYDALARI

138496


Hər gün istfəifadə etdiyimiz yumurtanın qabığını tullamaqla özümüzü bir çox faydalardan məhrum etmiş oluruq.

Moderator.az təqdim edəcəyi yazıda yumurta qabığının möcüzəli faydalarından danışacaq:

1.Dərini hamarlaşdırır: Yumurta qabığını əzib onun ağı ilə qarışdırıb üz maskası hazırlamaq olar. Hazır olan maddə üzə və əllərə çəkildikdə dəridəki qırışlara qarşı çox effektli tədbir görür.

2.Tıxacları aradan qaldırır: Tez-tez müxtəlif səbəblərdən su kranlarında tıxaclar yaranır. İstifadə olunan su boru vasitəsilə süzülmür. Bu zaman suyun süzüləcəyi dəliklərə yumurta qabığını qoymaq məsləhətdir.

3. Pəncərə və şüşələrin yəmizlənməsi:Pəncərə və istifadə etdiyimiz şüşə qabların bir az da ağardılması, daha şəffaf və parlaq görünməsi üçün də yumurta qabığının rolu əvəzsizdir.

4.Güllərin dibini bərkidir: Yumurta qabığı həm də əvəzsiz gübrə rolunu oynaya bilir. Ev şəraitində yetişdirdiyimiz çiçəklərin dibinə yumurta qabığı atsaq onların daha sağlam böyümələrinə imakn yaratmış olarıq.

5.Qəhvənin acısını alır: Evində qəhvə üyündən maşınlar olan oxucular yumurta qabığından istifadəe də bilərlər. Qəhvə çox acı olarsa, o zaman maşına qoyduğumuz qəhvənin üzərinə bir az yuurta qabığı da qoyaq. Belə olanda qəhvə üyüdülə-üyüdülə acısını da itirir.

6.Qaşınmanın qarşısını kəsir: Alma sirkəsi ilə yumurta qabığını qarışdırıb qaşıntı olan yerlərə çəkmək lazımdır. Xeyrini, sınayandan sonra görə bilərsiniz.

Hazırladı: Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO