“Onlar bədbəxtdirlər” – Namiqdən fəxri ad açıqlaması - VİDEO

“Onlar bədbəxtdirlər” – Namiqdən fəxri ad açıqlaması - VİDEO

Hazırda oxunan: “Onlar bədbəxtdirlər” – Namiqdən fəxri ad açıqlaması - VİDEO

92807
 Meyxanaçı-müğənni Namiq Qaraçuxurlu "Şou ATV" verilişində qonaq olub. 
 

Sfera.az  xəbər verir ki, efirdə həyatından bəhs edən 41 yaşlı ifaçı  ən böyük arzusunun fəxri ad almaq olduğunu deyib:

"Ən böyük arzum fəxri ad almaqdır. İllərdir ətrafıma yalnız özüm kimi, yaltaqlığı bacarmayan insanlar yığdım. İnsanları aldadan sənətçilər heç vaxt xoşbəxt olmur. Onlar bədbəxtdirlər. Yalançı şərhlər, baxış sayı toplayırlar. Qəlblərinin dərinliyində bilirlər ki, axı bunlar bu qədər sevilmirlər. Bədbəxtçilikdir...

Məni sevən insanlar hiss edirəm ki, səmimidirlər. Bu mənim üçün milyonlara bərabərdir. Ola bilsin maddi durumum qazandığımdan aşağıdır. Amma içim rahatdır. Bir vaxtlar yanımdakılar mənə deyirdilər ki, sən ulduz ola bilmədin. İndi onlar mənə qarşı ulduzluq edirlər. Dərk etdim ki, ulduz olmaq lazım imiş. Çalışın,  insanın maddiyatına baxmayın. Yanınızda mərd adam olsun. Dostlarınızla yüz faiz yaxın olmayın".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO