İbrahim Tatlısesi güllələyənin kimliyi BİLİNDİ

İbrahim Tatlısesi güllələyənin kimliyi BİLİNDİ

Hazırda oxunan: İbrahim Tatlısesi güllələyənin kimliyi BİLİNDİ

17503
İbrahim Tatlıses yaşadığı hadisənin məsulunun kim olduğunu söyləyib.

BiG.AZ xəbər verir ki, 2011-ci ildə silahlı hücuma məruz qalan və aylarla müalicə görən İbrahim Tatlıses yaşadığı hadisənin məsulunun Feto olduğunu söyləyərək, uzun bir mətn nəşr etdirib.

Tatlıses yaşadıqlarını bu sözlərlə izah edib.

"Allahıma çox şükür, sevənlərimizin duası ilə həyatda qaldım və öldürülməmi istəyən bu Fetullahçı terroristlər xain əməllərinə çata bilmədilər. Ancaq hadisə burada bitmir. Son dövrlərdə məhkəmə orqanlarına sızmış bəzi Fetoçu terroristlər mənim əleyhimə qərarlar çıxarıblar. Belə ki, uğradığım arzuolunmaz hadisədən sonra hələ də davam edən "uçak davası" adlı məhkəmə prosessində də hakimlər mənə 3 milyon dollar zərərə uğramağıma baxmayaraq, 6 milyon lirəlik evimin satılması barədə də qərar qəbul ediblər".

Qeyd edək ki, İbrahim Tatlısəsin şikayətçi olduğu Yargıtay 12.Dairesi hakimləri Mehmet Uslu və Ayhan Doğan hazırda Feto / PDY üzvü olmaqda günahlandırılaraq həbsdə saxlanılırlar. Mir/az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO