Sevda \

Sevda \"Laçın\"ı Laçında oxuyub, KLİP ÇƏKDİ - VİDEO

Hazırda oxunan: Sevda \"Laçın\"ı Laçında oxuyub, KLİP ÇƏKDİ - VİDEO

99052

Əməkdar artist Sevda Ələkbərzadə işğaldan azad olunan Laçın şəhərinə yollanıb.

Bizim.Media xəbər verir ki, sənətçinin səfərinin məqsədi klip çəkilişidir.

S.Ələkbərzadə illər sonra repertuarında yer alan “Laçın” mahnısı üçün kamera qarşısına keçib.

Müğənni klip çəkilişi zamanı kadrarxası görüntülərini sosial şəbəkə hesabında paylaşıb. O, yayımladığı kadrlara  “Laçın” səni Laçında oxuyuram. Bu, inanılmazdır, amma belədir. İndi bilirəm niyə uzun illərdir bu mahnıya klip çəkilmirdi, qismət bu günə imiş” - deyə şərh yazıb.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO