Xəbər verdiyimiz ki, oktyarbrın 3-də müğənni Almaxanım Əhmədlinin Muradlı adlı bəylə toyu olub. El şənliyində xanəndənin dayısı müğənni İzzət Bağırovun məclisi yarıda tərk etməsi söz-söhbətlərə səbəb olub. İzzətin Almaxanımla münaqişə yaşadığı ilə bağlı xəbərlər yayılıb.
Bizim.Media xəbər verir ki, İzzət Bağırov qonaq olduğu “Səhər mərkəzi” verilişində müzakirələrə səbəb olan hadisəni ilk dəfə şərh edib.
“Oktyabrın üçünə “Məhərrəm” ayından əvvəl bir neçə toy dəvəti götürmüşdüm. Üstəlik bir neçə dostlarımının övladlarının toyu idi.
Onlar da mənim uşaqlarımın məclisində iştirak etmişdirlər. Buna görə çıxış etmək yox, pul yazdırıb, bir az görsənməli idim. Almaxanımın toyunda isə çox sayda müğənni vardı. İki dəfə onun toyuna gedib-gəlmişəm.
Saat doqquzun yarısı Almaxanımın toyuna gəldim. Bir saat çıxış etdim, bəy-gəlinlə də oynadım. Özüm orada olmasam da, üç oğlum və həyat yoldaşım orada idi. Hamımız ailəlikcə orada idik. Sonra çıxıb başqa məclislərə yollandım. Gecə saatlarında Almaxanımın toyuna gələndə artıq maqazin jurnalistləri orada yox idilər, çıxıb getmişdilər. Almaxanımla küsülü deyiləm. Ola da bilməz. Bacımın balasıdır”.
Rəşad Əliyev, Bizim.Media