Məlahət Abbasova AĞLADI: “Uşaqlıq xəyallarım, viran qalmış kəndimiz” - FOTO/VİDEO

Məlahət Abbasova AĞLADI: “Uşaqlıq xəyallarım, viran qalmış kəndimiz” - FOTO/VİDEO

Hazırda oxunan: Məlahət Abbasova AĞLADI: “Uşaqlıq xəyallarım, viran qalmış kəndimiz” - FOTO/VİDEO

98608

“30 il işğal altında qalan anamın vətəni - Cəbrayıl rayonu, Daşkəsən kəndi. Bakı-Zəngilan dəmiryolu... Oturduğum yer anamgilin dağılmış evinin qapısıdır”.

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi Məlahət Abbasova sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.

56 yaşlı sənətçi, illər əvvəl işğaldan azad olunmuş Cəbrayıl rayonuna gedib.

Məlahət “Biz qayıdırıq” telelayihəsinin çəkiliş heyəti ilə birgə oradakı evlərinə yollanıb və xatirələrini bölüşüb.

“Uşaqlıq xəyallarım, arzularımın kəndi. Nağıl dünyamın yıxılmış, dağılmış, viran qalmış bir kəndi ilə qarşılaşdım. Yenə də bu günümüzə şükür. 30 il işğal altında qalan torpaqlarımıza qovuşduq.
Ən böyük arzum idi Cəbrayılı görmək. Mənə bu gözəl günü yaşadan, anamla birlikdə bizi doğma Cəbrayıla qovuşduranlara təşəkkür edirəm”.

Qeyd edək ki, Məlahət Abbasova 1991-ci ildə Türkiyə vətəndaşı ilə ailə qurub. Cütlüyün bu nikahdan Sude adlı qızı və Uğur adlı oğlan övladı var.

Rəşad Əliyev, Bizim.Media
 






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO