“Kurtlar Vadisi”nin məşhur aktyoru VƏFAT ETDİ - FOTO

“Kurtlar Vadisi”nin məşhur aktyoru VƏFAT ETDİ - FOTO

Hazırda oxunan: “Kurtlar Vadisi”nin məşhur aktyoru VƏFAT ETDİ - FOTO

97901

“Kurtlar Vadisi”, “Zincirbozan”, “Kocan Kadar Talk”, “Aliye” kimi ekran işlərində rol alan İsmail İncekara vəfat edib. 

Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, “Kurtlar Vadisi” serialında İplikçi Nedim obrazı ilə böyük izləyici kütləsi toplayan İsmail İncekara bu gün səhər saatlarında 72 yaşında dünyasını dəyişib. 

Acı xəbəri Zəfər Algöz paylaşımı ilə açıqlayıb. 

Algöz paylaşımında “Əziz qardaşım İsmail İncekara rəhmətə getdi. Günə belə bir xəbərlə başlamağımız bizə pis təsir etdi. Başımız sağ olsun, dostlar” sözlərini yazıb.  

Qeyd edək ki, 1950-ci ildə anadan olan ustad aktyor və teatr rəssamı İsmail İncekara Bursada anadan olub. Uşaqlıq illərini Kanlıca və Sakaryada keçirib. Orta təhsilini Kabataş Liseyində internat məktəbində bitirdikdən sonra təhsilini İstanbul Universitetinin İqtisadiyyat fakültəsində davam etdirib.
Ankara Dövlət Konservatoriyasının Ali Bölümünü bitirib. İsmail İncekara təhsilini başa vurduqdan sonra İstanbul Dövlət Teatrında işləməyə başlayıb. 

Rəşad Əliyev, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO