Zamiq Hüseynov:

Zamiq Hüseynov: "Çaşıb, xoşagəlməz hərəkətlər etməmişəm" - VİDEO 

Hazırda oxunan: Zamiq Hüseynov: "Çaşıb, xoşagəlməz hərəkətlər etməmişəm" - VİDEO 

97613

"Çadırda yaşaya-yaşaya, haradan bilərdim ki, Bakıya köçüb, burada yaşayacağam, ən yaxşı ifaçı olacağam, ən yaxşı geyimlər geyinəcəyəm və s.".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov qonaq olduğu "7 canlı" axşam şousunda deyib.  

Sənət həyatından söz açan ifaçı uğurlu müğənni olmasını bu amillərlə əlaqələndirib:

"Bu sənət yolumda yaxşı insanlara-Brilliant Dadaşova, Teymur Əmrah, Zabit Nəbizadə kimi insanlara rast gəldim.

Təbii ki, onların mənə dəstəyi böyük olub. İnsanın niyyəti düz olanda qarşısına da yaxşı insanlar çıxır. Yaxşını arzulamışam və  özüm də yaxşı olmuşam ki, qarşıma da yaxşı insanlar çıxıb. Allah ağlımı əlimdən heç zaman almasın.
Bunu hər zaman özümə arzulayıram. Həyatımda çaşıb, xoşaqəlməz hərəkətlər etməmişəm. Ailəmin, dostumun başını aşağa salacaq işlərlə məşğul olmamışam. Hər zaman çalışmışam ki, ölkəmə və dövlətimə faydam dəysin.

Bu gün "İnstagram" hesabı hər bir insanın üzüdür. Orada da çalışıram ki, insanlara nümunə olum".  

Qeyd edək ki, Z.Hüseynov 2018-ci ildə Aydan adlı xanımla ailə qurub. Bu, ifaçının ikinci nikahıdır. Cütlüyün bu nikahdan iki yaşlı Zeyn adlı övladı var. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO