Bir neçə aydan sonra ana olacaq müğənni Sevda Yahyayeva körpəsinə qoyacağı adı açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə sənətçi qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib.
“Qızıma qoyacağım adı ailəm bilir. Əsas odur ki, sağlam dünyaya gəlsin. Qızıma Ayla adını qoyacağam. Bu ad sevdiyim adlardan biridir”, - deyə Sevda bildirib.
Proqramın aparıcısı Afaq Gəncəlinin “Körpən nə zaman dünyaya gələcək?” sualına Sevdanın cavabı belə olub:
“Bu ilin son aylarına yaxın. Yəqin ki, dekabr ayında. Mən dekabr 28-də doğulmuşam. Qızım isə məndən əvvəl dünyaya gələcək”.
Qeyd edək ki, Sevda ilə Zakir ötən il ailə qurub. Zakir özəl klinikaların birində genetik-laborant olaraq çalışır.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
10:38 / 05.10.2022
Sevda Yahyayeva doğulacaq körpəsinin ADINI AÇIQLADI – VİDEO
Hazırda oxunan: Sevda Yahyayeva doğulacaq körpəsinin ADINI AÇIQLADI – VİDEO
Hazırda oxunan: Sevda Yahyayeva doğulacaq körpəsinin ADINI AÇIQLADI – VİDEO
97477
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.