Bu gün AMİP Siyasi Şurasının növbəti iclası keçirilib.xa0
Partiyanın irəli sürdüyü namizədlərin bir qisminin də iştirak etdiyi iclasda 01 noyabr 2015-ci il tarixli parlament seçkiləri əsas müzakirə mövzusu olmuşdur. İclasda AMİP rəhbərliyinin son günlər ərzində Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri, Böyük Britaniyanın və ABŞ-ın Azərbaycandakı səfirləri, AŞPA-nın seçkiləri müşahidə missiyasının üzvləri ilə görüşləri, eləcə də seçkilərə hazırlıqla bağlı məsələlər, imza toplama kompaniyası və ayrı-ayrı seçki dairələri üzrə mövcud durum barədə məlumatlar dinlənilmişdir.xa0
ATƏT DTİHB-nin seçkilərə müşahidə missiyası göndərməkdən imtina qərarı iclas iştirakçıları tərəfindən təəssüf hissi ilə qeyd olunmuş, daxil olan məlumatlara əsasən artıq bir çox yerlərdə inzibati resurslardan bəlli namizədlərin xeyrinə istifadə olunması faktlarının olduğundan narahatlıq ifadə olunmuşdur. Bir sıra SŞ üzvləri və bəzi namizədlər mövcud şərtlər daxilində seçkidə iştirakın mənasızlığı barədə fikirlər səsləndirmişlər. Yerlərdən gələn təkliflər nəzərə alınmaqla bütün məlumatlar diqqətlə araşdırılmış və hadisələr hazırki istiqamətdə davam edərsə AMİP namizədlərinin seçkilərdə iştirakı məsələsinə yenidən baxılması qərara alınmışdır.xa0






























































































