Sərxan Röyanı TƏNQİD ETDİ:

Sərxan Röyanı TƏNQİD ETDİ: "Rəhim ölüb ey, Röyam" - FOTO 

Hazırda oxunan: Sərxan Röyanı TƏNQİD ETDİ: "Rəhim ölüb ey, Röyam" - FOTO 

96760

Aktyor Sərxan Kərəmoğlu Xalq Artisti Röya Ayxanın mərhum sənətçi Rəhim Rəhimlinin vəfatıyla bağlı başsağlığı paylaşımına sərt reaksiya bildirib.

Bizim.Media xəbər verir ki, Sərxan sosial şəbəkə hesabında Röyanın başında fata ilə fotosunu yayımlayaraq onun Rəhimin vəfatını yalnız "Instagram"ın hekayə bölməsində paylaşım etməsinə etiraz edib.

"Səni sevdiyimi bilirsən. Rəhimi sən gǝrǝk hekayə bölümündə yox, əsas səhifəndə paylaşardın. Rəhim Rəhimlini biz sizə görə tanıdıq. Sizin aranızda ola bilsin soyuqluq var idi, amma bütün bunlar ona dəlalət etmir ki, ən əziz günləri unudasınız.
Nədənsə ümumilikdə anasından və ailəsindən xəbərsizlər tanınmışların səhifələrində yer alır, amma dostlar yox. Niyə? Səhifəni çoxmu gördün dostuna? Bütün Azərbaycana "Röya, səni sevirəm" deyən Rəhim ölüb ey, Röyam. İncimə məndən, səni sevirəm. Sən şəxsiyyət olmasaydın yazmazdım", - deyə, Sərxan bildirib.

Röya isə S.Kərəmoğlunun paylaşımına səssiz qalıb.

Qeyd edək ki, Rəhim Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından 43 yaşında vəfat edib. TƏBİB-in açıqlamasında müğənninin bununla yanaşı, ağır xəstəlikləri - qaraciyər sirrozu və kardiomiopatiyası olduğu bilirilib.

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO