Vasif Məhərrəmli Rəhim Rəhimlinin son görüntülərini paylaşıb – FOTO/VİDEO

Vasif Məhərrəmli Rəhim Rəhimlinin son görüntülərini paylaşıb – FOTO/VİDEO

Hazırda oxunan: Vasif Məhərrəmli Rəhim Rəhimlinin son görüntülərini paylaşıb – FOTO/VİDEO

96632

Xəbər verdiyimiz  kimi, bəstəkar-müğənni Rəhim Rəhimli gecə saatlarında evində ürəktutmasından dünyasını dəyişib.  

Bizim.Media xəbər verir ki, Əməkdar artist Vasif Məhərrəmli sosial media hesabında ifaçının son görüntülərini paylaşıb.  

Vasif  bildirib ki, təşkil etdiyi məclisə Rəhimin ayaqları şişdiyinə görə gələ bilməyib.  

"Ay Rəhim, Allah sənə rəhmət eləsin, incimişdim səndən dostum. Kaş ki, inciməzdim. Məclisə çağırmışdım, gəlməmişdin deyə, mənə video çəkib atdın. Həyat niyə belə amansızdır?
Qardaş, heç bir incikliyim yoxdur sənə.  Amma kaş zəng edəydim, danışaydıq. Mənə deyirdin ki, anamın ən istədiyi müğənni sənsən. Çox təmiz adam idin. Rəhim, bundan sonra bizə "dostum" kəlməsini kim deyəcək? Məkanın cənnət olsun, əziz dost".  

Sənətçi Rəhimin son halından bixəbər olduğunu deyib:

"Ayağında şiş olduğunu heç mən də bilmirdim. Sən demə ayağına ayaqqabı da geyinə bilmirmiş. Sözün bitdiyi andır. 43 yaşında Rəhim cavan getdi. Bütün arzuları və ümüdləri irəlidə idi. Çox nikbin adam idi".



Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO