Mehmetlə eşq yaşayan Hülya Avşarın qızı iddialara CAVAB VERDİ

Mehmetlə eşq yaşayan Hülya Avşarın qızı iddialara CAVAB VERDİ

Hazırda oxunan: Mehmetlə eşq yaşayan Hülya Avşarın qızı iddialara CAVAB VERDİ

96397

Sentyabrın 30-da Hadisə ilə evliliyini bitirməyə hazırlaşan iş adamı 34 yaşlı Mehmet Dinçerler dostları ilə Rodos tətilində Hülya Avşar və Kaya Çilingiroğlunun 24 yaşlı qızı Zehra Çilingiroğlu ilə görüntülənib.

Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, Mehmet Dinçerler ilə Zehra Çilingiroğlunun sevgili olması iddiası gündəmə gəlib.

Oteldə təkbaşına vaxt keçirərkən görüntülənən cütlüyün eşq yaşadığı iddia edilib.

İddialardan sonra Zehra Çilingiroğlunun vəkili açıqlama verib. Açıqlamada bu ifadələr yer alıb:

“Müvəkkilimiz Zehra Çilingiroğlunun son zamanlar evliliyi ilə gündəmdə olan Mehmet Dinçerlərlə birlikdə olması xəbəri heç bir şəkildə həqiqəti əks etdirmir. Bu xəbəri şiddətlə qınayır və qəbul etmirik.
Xəbərdə iddia edilənin əksinə olaraq, müştərimiz Zehra Çilingiroğlu sevgilisinin də olduğu mühitdə dost qrupu ilə əylənib. Tamamilə təhrif olunmuş şəkillər və nəşrlər xəbər yaratmaq istəyi ilə hazırlanan bu xəbər müştərilərimiz Zehra Çilingiroğlu və Hülya Avşarın reputasiyasına xələl gətirmək məqsədi daşıyır”.

Zəhra Çilingiroğlu ilə bağlı həqiqəti əks etdirməyən, şəxsi hüquqlarına qəsdlər, şəxsi həyatına dair görüntüləri icazəsiz paylaşan və şəxsi reputasiyasına xələl gətirən ifadələrlə bağlı bu cür xəbərlərlə hüquqi və cinayət işi açmağımıza yol açdı.

Qeyd etmək istərdik ki, müvəkkilimiz Zehra Çilingiroğlunun razılığı olmadan şəxsi həyatının görüntülərini çəkmək cinayət olduğu kimi, bu görüntüləri açıqlamaq da cinayətdir. Biz bu həqiqətə uyğun olmayan xəbəri qəbul etmirik və ictimaiyyətə elan edirik ki, mövzu ilə bağlı bütün hüquqi və cinayət müraciət hüquqlarımızdan istifadə edəcəyik”.

Qeyd edək ki, Hadisə və Mehmet bu ilin aprelində evləniblər. Aylar keçdikdən sonra isə Hadisə “Anlaşaraq sonlandıra bilmədiyimizə görə, boşanmaq üçün məhkəməyə müraciət etdiyimi sizinlə bölüşürəm”, deyib.
Hadisə ilə Mehmet sabah, yəni sentyabrın 30-da Beykoz Ailə Məhkəməsində boşanacaq.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO