Afət qalmaqal yaşadığı Şəbnəmlə Moskvada toyda BARIŞDI - VİDEO

Afət qalmaqal yaşadığı Şəbnəmlə Moskvada toyda BARIŞDI - VİDEO

Hazırda oxunan: Afət qalmaqal yaşadığı Şəbnəmlə Moskvada toyda BARIŞDI - VİDEO

96384

Bir müddət əvvəl aralarında qalmaqal yaşanan müğənnilər Afət Fərmanqızı ilə Şəbnəm Tovuzlu Moskvada el şənliklərinin birində üz-üzə gəliblər. 

Bizim.Media xəbər verir ki, tərəflər toyda bir səhnəni bölüşüblər. 

Afət gəlinin əlinə xına çəkmək üçün səhnədən ona səslənib. Xınanın isə yaxılmasını Şəbnəm kimi həyat yoldaşından yumruq yox, quyruq yeyən xanıma həvalə etmək istədiyini bildirib.   
Fərmanqızı “Xınanı gəlinimizin əlinə çəkmək üçün xoşbəxt xanım tapacağıq. Ərindən yumruq yeyən yox, Şəbnəm kimi quyruq yeyən xanım. Var eləsi burada? Kimdir? Getdik Şəbnəm, onların yanına” söyləyərək Tovuzlunun üzünü güldürüb. 

Beləcə tərəflərin öz aralarından umu-küsülüyə son qoyub, barışdıqları üzə çıxıb.  Həmin anları Afət Fərmanqızı sosial şəbəkə hesabında paylaşıb.

Qeyd edək ki, A.Fərmanqızı “Həmin Zaur” axşam şousunda “Şəbnəm təsirə düşən insandır. İki dəfə onun məclisinə getmişəm. Vaxtımı və pulumu xərcləmişəm. Bir dəfə onu məclisə çağırdım, yalandan dedi ki, Moskvadadır. Moksvadasansa çıxart pasportunu göstər. O, Bakıda idi, amma gəlmədi.Gəlməməyinin səbəbi isə kimlərsə tərəfindən öyrədilməsi idi. Cəbhə, qruplaşma yaradıblar. Həmin gün Şəbnəm filan restoranda balıq yeməyə getmişdi. Mənə fotosunu atdılar. Sonra da orada olduğunu sosial şəbəkədə paylaşdı. Şəbnəmlə eyni eldənik (Tovuz - red.). Nə olur ki, belə edəndə?! Məni pisləyəndə nə olacaq ki? Gələ bilmirsə məclisə, gərək təbrikini yollayardı. Bu adam onu da etmədi. Borclu borclunun sağlığını istəyər” sözləri ilə Ş.Tovuzlunu biabər etmişdi. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO