Nazilənin paylaşımı QALMAQALA səbəb oldu: “Məndən pul qopartmaq üçün…” - FOTO  

Nazilənin paylaşımı QALMAQALA səbəb oldu: “Məndən pul qopartmaq üçün…” - FOTO  

Hazırda oxunan: Nazilənin paylaşımı QALMAQALA səbəb oldu: “Məndən pul qopartmaq üçün…” - FOTO  

95409

Şairə Nazilə Səfərlinin sentyabrın 13-ü gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribatı nəticəsində şəhid olan əsgər Səbuhi Əhmədovun qohumları ilə bağlı paylaşımı qalmaqala səbəb olub.  

Bizim.Media xəbər verir ki, şairə şəhid Səbuhi və onun qardaşı Sənanı yalnız buraxdığı üçün onların xala və nənəsini tənqid edib.  

Səfərlinin ürəkdağlayan paylaşımına izləyicilərdən biri qarşı tərəfi qəzəbləndirən şərh yazıb:

“Nazilə xanım, siz də kənardan pis baldız, gəlininin başına oyun açan, qardaş balasına soyuq görünürsüz. Görəsən doğurdan eləsiniz? Hər şey görünən kimidir?!”. 

Səfərli isə ona ünvanlanan sualları cavabsız qoymayıb. 

“Mən o qədər cahil deyiləm ki, qardaş arvadı gəlinin işinə burun soxan baldız olum. Heç öz gəlinimin evinə ayda bir qonaq getməyə vaxtım olmur. O dediyiniz işi məndən pul qoparmaq üçün efirə çıxarmışdılar. Göründüyü kimi deyil. Sizdən incimirəm, gördüyünüz saxtakarlar ağlamaqla insanları inandırmağa çalışırdılar.

Unutmayın qardaşın arvadı boşandıqdan sonra uşaqları göstərmir və hər gün baldızdan görmədiyi uşaqlara şantajla pul ala bilməz. Başına gəlməyən də bu vəziyyəti anlamaz…”, - deyə Nazilə izləyicisinə sözləri ilə qarşılıq verib.  
Qeyd edək ki, illər əvvəl Nazilə Səfərlinin qardaşının keçmiş xanımı Pərvanə “Səni axtarıram” ictimai-sosial verilişə çıxaraq, əri ilə boşanmasında günahı baldızında və qaynanasında görmüş və onlara qarşı sərt ittihamlar irəli sürmüşdü.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO