Şəbnəm etirazlara rəğmən konsert üçün İsrailə getdi - FOTO

Şəbnəm etirazlara rəğmən konsert üçün İsrailə getdi - FOTO

Hazırda oxunan: Şəbnəm etirazlara rəğmən konsert üçün İsrailə getdi - FOTO

95179

Müğənni Şəbnəm Tovuzlu İsrailə yollanıb.

Bizim.Media xəbər verir ki, sənətçi oraya konsert proqramı ilə çıxış etmək üçün gedib.

Daha əvvəl Şəbnəmin İsraildə konsert verəcəyi ilə bağlı atdığı addım birmənalı qarşılanmayıb. Belə ki, sosial şəbəkələrdə İsraildə yaşayan azərbaycanlılar Tovuzluya etiraz səslərini ucaldıblar.
Onlar müğənninin konsertinə qarşı çıxmasını Ermənistanın cəbhədə törətdiyi təxribat nəticəsində 80 hərbçimizin şəhid olması ilə əlaqələndiriblər.

Lakin bütün etirazlara rəğmən sənətçi ötən gün ölkəni tərk edib və İsrailə gedib.

Ş. Tovzulu əvvəlcə Heydər Əliyev Beynəlxalq hava limanında, daha sonra isə İsraildə çəkdiyi fotolarını sosial şəbəkə hesabında paylaşıb.

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO