Silvester Stallone arvadı ilə yeni FOTOLARINI PAYLAŞDI

Silvester Stallone arvadı ilə yeni FOTOLARINI PAYLAŞDI

Hazırda oxunan: Silvester Stallone arvadı ilə yeni FOTOLARINI PAYLAŞDI

94766

Dünyaca məşhur Hollivud ulduzu Silvestr Stallone “Instagram”da həyat yoldaşı, model Cennifer Flavinlə yeni fotolarını paylaşıb. 

Bizim.Media xəbər verir ki, cütlük daha əvvəl boşandıqlarını açıqlamışdı. 

Aktyor xanımı Flavinlə əl-ələ gəzdiyi fotoya “Əla” şərhini yazıb. O, həmçinin özünün və Cenniferin üç qızı ilə birgə çəkilən arxiv şəklini yayımlayıb. 

Fotonun altındakı şərhlərdə cütlüyün münasibətlərini bərpa etmək qərarına gəldiyinə dair izləyicilər fikirlərini yazıb.  

Qeyd edək ki, Cennifer Flavin 25 illik evliliyindən sonra ərindən boşanmaq üçün məhkəməyə müraciət edib. O, aktyoru "ailə sərvətlərini israf etməkdə" günahlandırıb və evliliklərinin "bərpa olunmayacaq şəkildə məhv edildiyini" söyləyib.
Stallone özü mənimsəmə ittihamlarını rədd edib. Silvestr Stallone və Cennifer Flavin 1997-ci ildə evlənib. Cütlüyün üç qızı var: Sofiya, Sistine və Skarlet.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO