“Bu “Prius” bəlası bitməyəcək. O vaxta qədər ki, sözügedən nəqliyyat vasitəsini idarə edən sürücülərə qarşı ciddi tədbir görəcəklər”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Abbas Bağırov sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.
Sənətçi bildirib ki, şəhərdə şütüyən “Toyota Prius” markalı avtomobillərin sürücüləri yollarda ciddi şəkildə qaydaları pozur, özləri ilə yanaşı sərnişinlərin və piyadaların həyatına təhlükə yaradır:
“Mənim başıma gələnləri siz bilmirsiniz. Mən tələsmirəm, sakit yolumu getmək istəsəm belə, bu taksilər harasa tələsir və sərnişin, piyadaları təhlükə oduna amansızcasına atır”.
Qeyd edək ki, son zamanlar paytaxtda köhnə “Toyota Prius” markalı avtomobillərin sayının artması yollarda qəzaların sayını qat-qat artırıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:19 / 19.09.2022
Abbas Bağırov ƏSƏBİLƏŞDİ: “Bu “Prius” bəlası bitməyəcək” - FOTO
Hazırda oxunan: Abbas Bağırov ƏSƏBİLƏŞDİ: “Bu “Prius” bəlası bitməyəcək” - FOTO
Hazırda oxunan: Abbas Bağırov ƏSƏBİLƏŞDİ: “Bu “Prius” bəlası bitməyəcək” - FOTO
94566
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.