“Bir daha ölkəmizdə belə bilik günü olmasın” - Əməkdar artist Bəyimxanım – FOTO

“Bir daha ölkəmizdə belə bilik günü olmasın” - Əməkdar artist Bəyimxanım – FOTO

Hazırda oxunan: “Bir daha ölkəmizdə belə bilik günü olmasın” - Əməkdar artist Bəyimxanım – FOTO

94126

“Evimdə böyütdüyüm 2 əsgər balam 1-ci sinifə qədəm qoydular. Bir gözüm ağlar, bir gözüm gülər bu gün onları məktəbə yola saldıq. Təbii ki, hər il olduğu kimi deyil, bu il fərqli oldu. Nə bir bayram, nə bir şənlik, nə bir gül, nə bir əyləncə. Axı bu il birincilər məhz şəhidlərimizə olan borclarını yerinə yetirirdilər...”

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Bəyimxanım Vəliyeva əkiz övladları və həyat yoldaşının fotolarını sosial şəbəkə hesabında paylaşaraq, yazdığı şərhdə deyib.

Əkizlərinin birinci sinifə qədəm qoyduğunu bildirən sənətçi cəbhədə baş verən hadisələrə münasibət bildirib.

“Övladlarım da gələcəyin bir əsgəri olaraq şəhidlərimizə ehtiramla yanaşmalıdır. Onların da qanında vətənpərvərlik, məğrurluq, qisas, qeyrət qanı axır. Allah Şəhidlərimizə rəhmət eləsin, 1-ci sinifə qədəm qoyan balaların isə yolunu daim açıq eləsin.
Bir daha ölkəmizdə belə bilik günü olmasın. İgid əsgər, möhkəm dayan! Vətən sağ olsun!”

Qeyd edək ki, B.Vəliyevanın 5 övladı var.

Rəşad Əliyev, Bizim.Media













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO