Murad Arifdən Ermənistana dəstək olan ukraynalı müğənniyə ETİRAZ – FOTO  

Murad Arifdən Ermənistana dəstək olan ukraynalı müğənniyə ETİRAZ – FOTO  

Hazırda oxunan: Murad Arifdən Ermənistana dəstək olan ukraynalı müğənniyə ETİRAZ – FOTO  

93940

Bəstəkar-müğənni Murad Arif ukraynalı həmkarı Maks Barskixin sərhəddə baş verən hadisələrdə Ermənistana dəstək verməsinə sərt şəkildə reaksiya göstərib.  

Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında Maksın Ermənistana dəstək mesajını “ başına qaxınc” edib.  
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda konserti gözlənilən ukraynalı pop ulduzdan Ermənistana DƏSTƏK  


Arif Barskixin bu addımına etiraz edərək, onu axmaq adlandırıb.  

“Yüzlərlə azərbaycanlı Ukraynaya dəstək üçün Bakı şəhərinin mərkəzinə toplaşıb. Azərbaycandan Ukraynaya dəstək üçün dövlət səviyyəsində tonlarla humanitar yardım və neft göndərib. Balkonlarda və azərbaycanlıların sosial şəbəkə hesablarında milyonlarla Ukrayna bayraqları asıldı, dərc olundu.  

Azərbaycan incəsənət nümayəndələrinin ifalarında Ukrayna haqqında mahnılar səsləndi. Ölkələrimiz arasında dostluq həmişə qalacaq. Amma sonra axmaqlardan biri Maks Barskinin simasında erməni işğalçılarına dəstək vermək qərarına gəldi.  

Heç olmasa, araşdırma aparardın, öyrənərdin ki, hansı ölkə torpaqlarını azad edir? Yaxşı oldu ki, konsertin ləvğ olundu”, - deyə M.Arif paylaşımında yazıb.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO