Nazpəri stomatoloqla duet oxudu - VİDEO

Nazpəri stomatoloqla duet oxudu - VİDEO

Hazırda oxunan: Nazpəri stomatoloqla duet oxudu - VİDEO

93697

Xalq artisti Nazpəri Dostəliyeva yeni klipinin təqdimatını keçirib. 

Sfera.az xəbər verir ki, N.Dostəliyeva musiqisi Nailə Mirməmmədliyə, sözləri isə həkim-stomatoloq Eltəkin Səfərəliyevə məxsus "Dözmədim sənsizliyə" adlı mahnısını ekranlaşdırıb. 

Xalq artisti bəstənin sözlərini yazan E.Səfərəliyevlə duet səsləndirib. Sözügedən mahnının ekran işi Şahanə Ayazqızıya həvalə olunub. Klip bir neçə məkanda lentə alınıb.

 

"Tez-tez klip təqdimatları keçirmirəm. Sənətlə bu səhnəyə gələn insanları pafoslu çıxışlar maraqlandırmır. Hamının dilində əzbər olan mahnılar Nailə Mirməmmədliyə məxsusdur. Mahnı yarananda hiss etdim ki, bunu duet kimi səsləndirmək lazımdır.

Eltəkin mənə olan hörmətindən duetə "Yox” demədi, amma "Hə” də deyə bilmirdi. Həkim stomatoloqun birdən-birə oxuması, özü də kimlə (gülür), düşünürəm ki, onun üçün çox məsuliyyətli bir addım idi. Söylədim ki, mən tamaşaçıları təəcübləndirmək istəyirəm. Düşünürəm ki, təəcübləndirməyi bacardım”.

 

 

Təqdimatda iştirak edən Əməkdar incəsənət xadimi, bəstəkar N.Mirməmmədli duetlə bağlı fikirlərini bu cür şərh etdi:

"Sözlərə mahnı bəstələyəndə Eltəkinə söylədim ki, elə istərdim ki, Nazpəri razılıq versin bu duetə. Nazpəri xanım ürəyimi oxudu, söylədi ki, sevə-sevə ifa edərəm. Çalışdım ki, yazdığım bu əsərlə yaddan çıxmış estrada musiqisini yenidən gündəmə gətirim”. (oxu.az)

R

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO