Yaşar Nurinin qızından ETİRAF: “Atam Firəngiz Mütəllimovanı sevib” - VİDEO  

Yaşar Nurinin qızından ETİRAF: “Atam Firəngiz Mütəllimovanı sevib” - VİDEO  

Hazırda oxunan: Yaşar Nurinin qızından ETİRAF: “Atam Firəngiz Mütəllimovanı sevib” - VİDEO  

93305

“Hara gedirəmsə, məndən “Atanız Yaşar Nuri ilə Firəngiz Mütəllimova arasında sevgi münasibətləri olub? - deyə soruşurlar. Mən də cavab verirəm ki, atam Firəngiz xanımı sevib”.

Bizim.Media xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Yaşar Nurinin müğənni qızı Ülkər qonaq olduğu "O üz" verilişində deyib.

Sənətkarın qızı atasının Xalq artisti Firəngiz Mütəllimova ilə olan münasibətlərindən söz açıb.

O bildirib ki, tərəflər arasında sevgidən çox ruh bağlılığı olub:

“Bu, sevgi də olmayıb. İki insan bir-birinə çox bağlı olub. Burada söhbət ruhun bağlılığından gedir. Məsələn, bir də görürsən ki, bir insanın həyatında başqa biri var, amma onu sevmir. Özüm də bu hissləri yaşamışam. Yanımda olan şəxsi sevməmişəm. Amma o şəxs haqda düşünəndə, gözüm yaşarır.

O insanla hazırda bir yerdə deyiləm. Amma onu görmək istəyirəm, çünki ruhən həmin şəxsi hiss edirəm. Elə olub ki, həmin hissləri keçirdiyim vaxt o mənə zəng edib. Demək istədiyim budur ki, biz sevgi ilə ruh bağlılığını səhv salırıq.
Sevgi ölüb gedir. Sevgi mənim üçün yoxdur. Amma insan bir-birinə bağlananda başqa hisslər keçirir. Düşünürəm ki, atam Firəngiz xanıma çox bağlı olub. Firəngiz xanım atamla bağlı heç bir efirə gəlmək istəmir. Mən onun bu addımını pis qəbul etmirəm. Çünki hər dəfə o hissləri yaşamaq onun üçün çox çətindir.

Onlar illərlə çiyin-çiyinə çalışıblar. Atam olmadığından Firəngiz xanım o yoxluğu, həmin boşluğu hiss edir və təbii ki, pis olur”.

Qeyd edək ki, Yaşar Nuri 2012-ci ildə uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO