Meyxanaçı Vüqar:

Meyxanaçı Vüqar: "Ərindiyindən bərbərə də getmir, üst-başını da dəyişmir" - VİDEO  

Hazırda oxunan: Meyxanaçı Vüqar: "Ərindiyindən bərbərə də getmir, üst-başını da dəyişmir" - VİDEO  

93292

“İndi sənət o qədər ucuzlaşıb ki, tamaşaçı elə bilir ki, gördüyümüz iş çox rahatdır”.

Bizim.Media xəbər verir ki, bu sözləri meyxanaçı Vüqar Əbdülov qonaq olduğu “Özəl” verilişində deyib.

Həmkarlarından söhbət açan söz xiridarı onları xarici görkəmlərinə diqqət yetirmədiklərinə görə tənqid edib.

“Çox yaxşı meyxanaçılar var. Onlar on qat daha artıq işlər görə bilərlər. Amma onları qane edən, tamaşaçının verdiyi qonorar və göstərdiyi münasibətdir.

Ona görə də yatıb-durub, bir az yeyib, yenə də yatıb-dururlar. Hətta bu insanlar mövsüm boyu ərindiklərindən bərbərə də getmir, üst-başlarını da dəyişmirlər. Necə tamaşaçının qarşısına belə rahat çıxmaq olar?!"

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO