“Hamı kimi azad bir insanam.“TikTok”da varam. Orada olmaq istəyirəm, olacağam da...
“TikTok”dan qazandığım pulları necə xərcləyəcəyimi özüm bilərəm. Bu mənim öz ixtiyarımda olan məsələdir.
İndi desəm ki, o pulları kiməsə yardım məqsədi ilə verirəm, deyəcəklər ki, Bilal yalan danışır. İnanan da olacaq, inanmayan da”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında Xalq artisti Bilal Əliyev deyib.
Son günlər “TikTok” sosial şəbəkə platformasında açdığı canlı yayımlarda izləyicilər tərəfindən təhqir olunan 63 yaşlı sənətkar həmin şəxslərin axtarışına çıxdığını deyib.
Müğənni bildirib ki, onlar adiyyəti orqanlar tərəfindən tapılaraq, məsulliyətə cəlb olunacaq:
“Ölkəmizdə azadlıq hökm sürür. Kim necə istəyirsə, elə də yaşayır. Xaricdə yaşayanlar isə bizim bu azadlığımıza paxıllıqla yanaşırlar. Onlara yaxın olan insanlar üçün sosial şəbəkələrdə saxta profillər açırlar.
Narkomanları, quldurları və əliəyri adamları öz sıralarına çəkir. Həmin şəxslərə saxta profillər verirlər. Deyirlər ki, gedin kef edin, kimi istəyirsiz lağa qoyub, təhqir edin.
Biz onların yazdığı təhqirlərə susub oturduq. Sosial şəbəkələrdə müəyyən şəxslər tərəfindən bəzi məşhurlara qarşı qara piar aparılır və ünvanlarına söyüşlər yazılır. Axı siz niyə bizi söyürsünüz? Bu haqqı sizə kim verib?
Məni sosial şəbəkədə təhqir edən şəxslər adiyyəti orqanlar tərəfindən mütləq şəkildə tapılıb, məsuliyyətə cəlb olunacaqlar. Bu məsələnin üstünə ciddi düşmüşəm. Onları tapandan sonra “anasını ağladacaqlar”.
Əgər məndən xoşun gəlmirsə, niyə məni canlı yayımımda izləyirsən? Zəhlən gedirsə məndən, uzaq ol. İzləmə qalır kənarda, bəzi şəxslər ağzına gələn söyüşü yazır. Söyüşlərə cavab verməliyik, ya yox?”
B.Əliyev söyüşlərə söyüşlə cavab verdiyinə görə Azərbaycan xalqından redaksiyamız vasitəsi ilə üzr istəyib:
“99,5 faiz insanımız təmiz və sağlam düşüncəlidir. “TikTok”da məni təhqir edənlərə öz dillərində cavab verdiyimə görə, əgər məndən inciyirlərsə, onların qarşısında milyard dəfə baş əyib, üzr istəyirəm.
Amma mən onlara elə xalqımın adından cavab verirəm. Bu xalqım utandığından sosial şəbəkədəki hesabını bağlayıb çıxıb gedir ki, orada olmayım. Onların qarşısından qaçsaq, onlara kim cavab verəcək? Bu səbəbdən sinəmi qabağa verdim, ürəklə qarşılarına çıxdım. Məni xalqım qorumalıdır”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
16:50 / 05.09.2022
BİLAL ƏLİYEV: “Söyüşlərə eyni cavab verdiyimə görə xalqımdan üzr istəyirəm” – ÖZƏL
Hazırda oxunan: BİLAL ƏLİYEV: “Söyüşlərə eyni cavab verdiyimə görə xalqımdan üzr istəyirəm” – ÖZƏL
Hazırda oxunan: BİLAL ƏLİYEV: “Söyüşlərə eyni cavab verdiyimə görə xalqımdan üzr istəyirəm” – ÖZƏL
92174
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.