“Jony”nin Rusiyadakı konsertləri ləğv edildi

“Jony”nin Rusiyadakı konsertləri ləğv edildi

Hazırda oxunan: “Jony”nin Rusiyadakı konsertləri ləğv edildi

92112

“Dostlar, təəssüflə bildiririk ki, sentyabrın əvvəlində Rostov-na-Donu, Volqoqrad, Kostroma, İvanovo, Yaroslavl şəhərlərində baş tutmalı olan konsertləri təxirə salındığını elan etmək məcburiyyətindəyik”. 

Bizim.Media xəbər verir ki, bu sözləri “Jony” ləqəbi ilə Rusiya şou-biznesində məşhurlaşan azərbaycanlı müğənni Cahid Hüseynli sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.

Sənətçi Rusiyanın bir sıra şəhərlərində sentyabrda baş tutmalı olan konsertlərinin ləğvini səhhətində yaranan problemlərlə əlaqələndirib.

“Sənətçinin həyatı təkcə mahnılar və şoular deyil, həm də müntəzəm stres, uçuşlar və yuxusuzluqdan ibarətdir. Bu da sağlamlığa çox təsir edir. Xahiş edirəm, mənə sağalmağım üçün bir neçə həftə vaxt verin, yeni mahnılar və enerji ilə qayıdacağam. Kiminsə planları pozuldusa, üzr istəyirəm, amma bu zəruridir, belə davam edə bilməyəcəyəm”.
“Jony” pərəştişkarlarına bildirib ki, aldıqları biletlər yeni tarxilərdə keçiriləcək konsertlər üçün etibarlı olacaq.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO