Əlixanın xanımı ilə Balidəki

Əlixanın xanımı ilə Balidəki "BAL AYI" - FOTO/VİDEO

Hazırda oxunan: Əlixanın xanımı ilə Balidəki "BAL AYI" - FOTO/VİDEO

91949

Aktyor Əlixan Rəcəbov iyulda ailə həyatı qurduğu Çilənay adlı xanımla bal ayına yollanıb.

Bizim.Media xəbər verir ki, tətil üçün cütlük Bali adalarını seçib.

Bu haqda isə Əlixan sosial şəbəkə hesabında məlumat verib.

Suyun altına baş vuran aktyor "Suyun altında bu duruşu saxla qaqaş" çəkilən şəklinə şərh əlavə edib.

Balinin əsrarəngiz təbiətini, heyvanları, eyni zamanda dağın ətəyindən Sakit okeanın açılan möhtəşəm mənzərəni lentə alıb, paylaşan Rəcəbov xanımı ilə "Pura Luhur Uluvatu" Məbədini ziyarət edib.

Ainlərim keçirildiyi məbədin içindən çəkiliş aparan aktyor yayımladığı görüntülərə "Dadlı yeməklər yeyin, dadlı ölkələrə gedin. Şair deyir ki, dünyanı gör, insanları tanı, özünü sev" şərhini yazıb.

Diqqət çəkən məqam isə xanımı Əlixanın yanında olsa da aktyorun paylaşımlarında gözə dəyməyib.

Qeyd edək ki, hazırda Çilənay xanımla evli olan Əlixan Rəcəbovun bu sayca ikinci evliliyidir. Aktyorun birinci evliliyi 2019-cu ildə olub. Lakin bu evlilik 4 ay çəkib. Onlar rəsmi şəkildə boşanıblar.

Rəşad Əliyev, Bizim.Media

 















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO