Əfsanəvi “Arabesque”nin solisti: “Feyxoanızı çox sevdim” – FOTO 

Əfsanəvi “Arabesque”nin solisti: “Feyxoanızı çox sevdim” – FOTO 

Hazırda oxunan: Əfsanəvi “Arabesque”nin solisti: “Feyxoanızı çox sevdim” – FOTO 

91855

Almaniyanın “Arabesque” estrada qrupunun solisti Mikaela Rouz sentyabrın 2-də “Sea Breeze Resort”da açıq səma altında keçirilən “Sea Breeze Disco Night” festivalı çərçivəsində Bakıda canfəşanlıqla çıxış edib.

Konsertdən əvvəl mətbuat konfransında iştirak edən sənətçi media nümayyəndələrinin suallarını cavablandırıb.

Mikaela qrafikində Bakının gözəlliyi ilə tanış olmaq üçün xüsusi olaraq bir gün ayırdığını açıqlayıb:

“Sizə Azərbaycan dilində “Salam” demək istəyirəm. Yeri gəlmişkən, biz də Bakıda ilk dəfə deyilik. Amma keçən dəfə paytaxtı gəzməyə macal tapmadıq, ona görə də bu səfərdə hər şeyi qabaqcadan planlaşdırdıq.
Həqiqətən şəhərinizi gəzmək istəyirəm, paytaxtın memarlığını çox bəyənirik, müasirlik və qədimliyin vəhdəti sadəcə olaraq valehedicidir. Bakı çox gözəl şəhərdir! Bakının gəzməli-görməli yerlərinə ekskursiya nəzərdə tutulub. Mütləq şəkildə Bakının incisi sayılan İçərişəhərə baş çəkəcəyik”.

Bakıya ikinci dəfə gəldiyini söyləyən Rouz Azərbaycan mətbəxindən həzz aldığını və “xüsusi meyvə” deyərək adlandıran feyxoanı çox sevdiyini bildirib.

Bizim.Media-nın əməkdaşının “Azərbaycan sənətçilərindən kimi tanıyırsınız” sualına Mikaela “Şərq musiqisinə heyranam. Oturduğumuz məkanların birində Emin Ağalarov ilə “Jony”nin dueti “Лунная ночь” (Ay işığı gecəsi” nəğməsini dinləmişəm. Bu mahnını hər iki ulduzun ifasında çox bəyəndim”.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO