“Modern Talking”in Toması: “Bakıya gəlməyi çox sevirəm” - FOTO 

“Modern Talking”in Toması: “Bakıya gəlməyi çox sevirəm” - FOTO 

Hazırda oxunan: “Modern Talking”in Toması: “Bakıya gəlməyi çox sevirəm” - FOTO 

91854

Sentyabrın 2-də “Sea Breeze Resort”da keçirilən “Sea Breeze Disco Night” açıq hava festivalı çərçivəsində məşhur alman estrada qrupu “Modern Talking”in keçmiş solisti Tomas Anders Bakıda böyük coşqu ilə çıxış edib.

Bizim.Media xəbər verir ki, konsertdən əvvəl mətbuat konfransında iştirak edən almaniyalı sənətçi media əhlinin suallarını cavablandırıb.

Bakı ilə bağlı təəssüratlarını bölüşən Tomas şəhərimizin çox dəyişdiyini bildirib.

“Konsert qrafikimlə ölkəniz ilə yaxından tanış olmağım olduqca çətindir. Çünki fiziki olaraq buna zaman yoxdur. Amma məndə əsas təəssürat ondan ibarətdir ki, Bakı son səfərimdən sonra çox dəyişib. Dəyişən şəhərin inkişafına yatırılan töhfələri hiss etmək olur”.

Tomas növbəti səfərində Bakı ilə daha ətraflı tanış olmaq üçün burada çox zamanının olacağını ümid etdiyini dilə gətirib.

“Bakıya gəlməyi çox sevirəm. Azərbaycanda növbəti konsertimin nə vaxt və harada olacağını bilmirəm, çünki qabaqcadan bu haqda düşünməyi sevmirəm”- deyə, T.Anders vurğulayıb.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO