Emin və “Jony”nin “Ay işığı gecəsi” - FOTO/VİDEO

Emin və “Jony”nin “Ay işığı gecəsi” - FOTO/VİDEO

Hazırda oxunan: Emin və “Jony”nin “Ay işığı gecəsi” - FOTO/VİDEO

91330

Xalq artisti Emin Ağalarov “Jony” ləqəbi ilə Rusiya şou-biznesində məşhurlaşan azərbaycanlı müğənni Cahid Hüseynli ilə duet oxuduğu “Лунная ночь” (Ay işığı gecəsi) nəğməsinə çəkilən klipini təqdim edib. 

Bizim.Media xəbər verir ki, ekran işi hər iki sənətçinin vətənində, Azərbaycanda lentə alınıb.

Klip qızmar yay ab-havası, Xəzər ləpəsinin sıçrayışları, səhərə qədər çimərlik rəqsləri və təbii ki, sevgi leytmotivi ilə zəngindir.  

Qəlbləri fəth edən romantik ballada Bakının məşhur “Sea Breeze” kurort kəndinin ərazisində çəkilib.  

Rəsmi premyera əvvəl hər iki sənətçi ötən gün bir sıra media nümayəndələri ilə görüşərək, ekran işi ilə bağlı fikirlərini bu cür dilə gətiriblər. 

“Çox sevindirici haldır ki, bu gün biz Bakıda, Xəzər sahilində çəkilmiş ikinci klipi təqdim edirik. Ümid edirik ki, bütün tamaşaçılar yayın son günündə əsl yay ab-havasına qərq olacaqlar və vətənimizə gəlmək istəyəcəklər” – deyə Emin bildirib.  

Hitləri ilə gənclərin zövgünü ovsunlayan “Jony” isə Eminin fikirlərini bu cür davam edib. 

“Eminin sözlərinə qoşuluram və ona doğma ölkəmizdə klip çəkmək ideyasına görə təşəkkür etmək istəyirəm. Burada olmaq və yeni birgə işimizi təqdim etmək mənim üçün böyük şərəfdir. Həmişə məni hərarətlə qarşılayan və hər şeydə dəstək olan Bakıdakı pərəstişkarlarıma da təşəkkür etmək istəyirəm”- deyə “Jony” söyləyib. 
Ekran işinin rejissorluğu Samir Tahirova həvalə edilib.

Qeyd edək ki, mahnının musiqi və söz müəllifləri duet ortaqlarının özlərinə məxsusdur. 

Rəşad Əliyev, Bizim.Media
 








© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO