İrinanın qızı və Bredli ilə Boham adalarındakı QIZMAR TƏTİLİ - FOTO

İrinanın qızı və Bredli ilə Boham adalarındakı QIZMAR TƏTİLİ - FOTO

Hazırda oxunan: İrinanın qızı və Bredli ilə Boham adalarındakı QIZMAR TƏTİLİ - FOTO

90959

Tatar əsilli, dünya şöhrətli supermodel İrina Şeyk (Şeyxislamova) yay tətilini beş yaşlı qızı Lia, atası Hollivud aktyoru Bredli Kuperlə keçirir.

Bizim.Media xəbər verir ki, model Bredli ilə birgə çimərlik fotolarını sosial şəbəkə hesabında paylaşıb.

Şeyk başını Kuperin çiyninə qoyaraq səmimi pozlar verib.

İrina tətilin tam olaraq harada keçirildiyini bildirməsə də, onların Boham adalarında istirahət etdiyi üzə çıxıb.

Qeyd edək ki, hazırda Şeykin şəxsi həyatı haqqında çox az şey məlumdur. Keçən il modelin Kanye Uestlə münasibəti olduğu, lakin onların bu münasibətlərin ciddi olmadığı deyilmişdi.

Bu yay İrina yaxın dostları, o cümlədən model Stella Maksvell və dizayner Rikardo Tisçi ilə birlikdə istirahətə yollanmışdı.

Şeyk və Kuper dörd illik münasibətdən sonra 2019-cu ildə ayrılıblar. İnsayderlərin sözlərinə görə, onlar dost olaraq qalıb və bərabər şəkildə qəyyumluq payı alaraq qızlarını birlikdə böyüdürlər.

Rəşad Əliyev, Bizim.Media











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO