Şeyx Əbdul: “Övlad böyüyəndən sonra onu rahat buraxmalıyıq” - VİDEO

Şeyx Əbdul: “Övlad böyüyəndən sonra onu rahat buraxmalıyıq” - VİDEO

Hazırda oxunan: Şeyx Əbdul: “Övlad böyüyəndən sonra onu rahat buraxmalıyıq” - VİDEO

90382

“Çox təəssüflər olsun ki, uşaq böyüdən bu gün ana öz övladına və gəlininə qənim kəsilir. Övlada rahatlıq vermək lazımdır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudov eskpert qismində qonaq olduğu “Gəl danış” ictimai-sosial proqramda deyib. 

Ölkədə boşanmaların sayının getdikcə artığını bildirən sənətkar, həmçinin abortların genefondun dağılma təhlükəsi ilə üzləşdiyini dilə gətirib.  

“Əgər ana öz haqqın qılıncını sıyırıb övladından düz olub-olmadı tələb edirsə və gəlini də buna məcbur edirsə, nəticə olaraq hamısı boşanmalara gətirib çıxarır. Ölkədə boşanmalar 60 faizə qədər artıb. Daha bir təhlükə isə erkən abortlardır. Bəlli olur ki, doğulacaq körpənin oğlan və ya qız olması kişidən aslıdır.

Bu məsələdə qadın heç nəyi həll etmir. Bunu tibb indi ortalığa çıxarıb. Bu məsələ nəzarətdən çıxıb. Bu gün Azərbaycanda savadsız, səviyyəsiz, primitiv mağara düşüncəsi ilə “Oğlum olsun, arxa, dayaq olacaq” sözlərini söyləyirlər.
Elə deyirlər ki, sanki çomaq davasına çıxacaqlar. Qız övladının olacağını biləndə isə abort vasitəsi ilə məhv edirlər. Sonra da həmin ailələr o övladı zəhmət və əziyyətlə böyüdürlər. Ailə qurmaq vaxtı gələndə isə onları yola vermirlər. Ailəsini dağıdırlar. Bu əxlaq, mənəviyyat və yanaşma kökündən dəyişməlidir. Başa düşməliyik ki, övlad böyüyəndən sonra onu rahat buraxmalıyıq. Onlara şərait yaratmalıyıq ki, müstəqil həyat qura bilsinlər. Ailələr var ki, ana deyir ki, mən nə deyirəmsə, o da olmalıdır. Bu düşüncə tərzi dəyişməlidir”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO