Xəbər verdiyimiz kimi, müğənni Sevda Yahyayeva həyat yoldaşı həkim-genetik Zakir Bayramovla tətil üçün qardaş ölkə Türkiyəyə yollanıb.
Bizim.Media xəbər verir ki, Sənətçi İzmirdən sonra turistlərin axın etdiyi əsrarəngiz təbiətə malik Marmarisə gedib.
Ötən il sözügedən bölgədə tuğyan edən dəhşətli meşə yanğınlarından sonra ortalığa çıxan ürəkdağlayan görüntüləri müğənninin əri Zakir çəkərək, Sevdanın sosial şəbəkə hesabında paylaşıb.
Qaldıqları oteldən dağlara açılan mənzərəni sözləri ilə təsvir edən Sevda məyusluğunu bu cür dilə gətirib.
“Gəldik Marmarisə. Dağların görüntüsünü görüb çox məyus oldum. Yadınızdadırsa, keçən il bu dağlarda yanğınlar tuğyan edirdi. Hətta qaldığımız bu otel dağlara o qədər yaxındır ki, sadəcə bəxti gətirib yanmayıb. Amma onun yanında olan palma ağacları tüstünün küləyindən yanıb. Əgər buralar yanmasaydı, necə yaşıllıq olacaqdı” – deyə S.Yahyayeva fikirlərini ifadə edib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:02 / 25.08.2022
Sevda ötən il yanan Marmarisdə - VİDEO
Hazırda oxunan: Sevda ötən il yanan Marmarisdə - VİDEO
Hazırda oxunan: Sevda ötən il yanan Marmarisdə - VİDEO
90350
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.