Mərhum Aslanın bacısı qızı:

Mərhum Aslanın bacısı qızı: "Kaş onu həmin zaman tək qoymazdıq" - VİDEO

Hazırda oxunan: Mərhum Aslanın bacısı qızı: "Kaş onu həmin zaman tək qoymazdıq" - VİDEO

89922

"Dayımın ifa etdiyi mahnıları dinləyirəm. Böyüdükcə onun nəğmələrinə qulaq asıb, həvəslə çıxışlarını, duetlərini, bizə gəlişini gözləyirdim. Aslan dayı həyatımda dərin və silinməz böyük iz qoyub. Onun üçün çox darıxırıq".

Bizim.Media xəbər verir ki, bu sözləri mərhum müğənni Aslan Hüseynovun bacısı qızı Zümrüd "O üz" verilişinə müsahibəsində deyib.

Dayısından söz açan Zümrüd dünyasını dəyişməzdən əvvəl onunla səyahətə çıxmadığı üçün heyifsləndiyini dilə gətirib.

"Dayım haqda hər dəfə düşünəndə çox ağrı verir. İnanmağım gəlmir ki, o, aramızda yoxdur. Ən böyük "kaş ki..."larımdan biri Aslan dayımla səyahətə çıxmağımın imkanının olmamasıdır. Kaş ki, onunla daha çox vaxt keçirərdim. Kaş ki, son günlər ona daha çox dəstək olardım. Nənəmin dünyasını dəyişməsi bir çox ailə üzvlərimiz kimi onu da çökdürmüşdü.

O zaman onun dəstəyə daha çoz ehtiyacı vardı. Kaş ki, həmin zaman onu tək qoymazdıq. Onu qucaqlayıb, hamının onun üçün darıxdığını, sevdiyini deyərdim. O, bunu bilirdi, hiss edirdi. Hazırda da, o, daha yaxşı bir yerdədir. Biz bir gün mütləq görüşəcəyik".
Qeyd edək ki, ötən ilin mayında Bakı-Qazax yolunun 60-cı kilometrliyində səhər saatlarında Aslan Hüseynov özünün idarə etdiyi “BMW” markalı avtomobillə qarşıda hərəkət edən “Kamaz” markalı yük avtomobili ilə toqquşub. Nəticədə 55 yaşlı müğənni vəfat edib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO