Hüseyn isti çörəkləri soyutmaq üçün sükan arxasında həyatını TƏHLÜKƏYƏ ATDI - VİDEO 

Hüseyn isti çörəkləri soyutmaq üçün sükan arxasında həyatını TƏHLÜKƏYƏ ATDI - VİDEO 

Hazırda oxunan: Hüseyn isti çörəkləri soyutmaq üçün sükan arxasında həyatını TƏHLÜKƏYƏ ATDI - VİDEO 

89763

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sükan arxasında təhlükəli fəndlər edib. 

Bizim.Media xəbər verir ki, Hüseyn aldığı isti çörəkləri soyutmaq üçün idarə etdiyi avtomobilin pəncərəsindən çıxardıb.

Diqqət çəkən məqam isə klarnet ifaçısının hər iki əlinin nəqliyyat vasitəsinin rulunda deyil, çörəyi tutması olub.
Həmin anları isə H.Məhəmmədoğlunun yanında əyləşən aktrisa həyat yoldaşı Aysel İbrahimova çəkərək sosial şəbəkə hesabında paylaşıb. 

Hüseynin avtomobili kifayət qədər yüksək sürətlə idarə etdiyi də görüntülərdə öz əksini tapıb. 

Qeyd edək ki, Aysel İbrahimova Milli Dram Teatrının aktrisasıdır. Hüseyn Aysel cütlüyünün səkkiz ay əvvəl oğlan övladı dünyaya gəlib. Bu, Hüseynin ikinci evliliyidir. Onun birinci evliliyindən daha iki qız övladı var.   

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO