31 yaşına qədəm qoyan müğənni Azad Şabanovun həyat yoldaşı Tamara paylaşımı ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, o, sənətçi ərinin fotosunu yayımlayaraq ona olan hisslərini və duyğularını ifadə edib.
“Səninlə necə fəxr etdiyimi bir biləsən. 31 yaşında, sən sadəcə sevilən bir sənətçi deyilsən, daha artıqsan. Tanıdığım ən istedadlı və iradəli insanlardan birisən. Bu günə qədər müəllimlərinə necə təşəkkür və hörmət etdiyinizi görürəm. Bu qiymətsizdir.
Axı sən özün də müəllimsən. Kimin üçün musiqi də, kimin üçün isə həyatda. Səndən öyrəniləcək çox şey var. Bu illər ərzində qazandığın hörmət misilsizdir. Yarat. Həmişə yalnız sənin yaxşılığını istəyən hər şeyi və səni ürəkdən sevənləri sevəcəyəm” – deyə, Tamara yazıb.
Xanımın bu postunu sosial şəbəkə səhifəsində “repost” edən Azad “Evimin ocağı. Ürəyimin ilham mənbəyi” sözlərini əlavə edib.
Qeyd edək ki, A.Şabanov Tamilla ilə 2019-cu ildə ailə qurub. Cütlüyün 2022-ci ildə Pənah Əli, 2021-ci ildə isə Səid Əli adlı oğulları dünyaya gəlib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
10:49 / 19.08.2022
Xanımı Azaddan YAZDI: “Səndən öyrəniləcək çox şey var“ - FOTO
Hazırda oxunan: Xanımı Azaddan YAZDI: “Səndən öyrəniləcək çox şey var“ - FOTO
Hazırda oxunan: Xanımı Azaddan YAZDI: “Səndən öyrəniləcək çox şey var“ - FOTO
89370
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.