Oğlunun iki arvadı olmasını istəyən Şəbnəm Tovuzluya SƏRT SÖZLƏR - FOTO

Oğlunun iki arvadı olmasını istəyən Şəbnəm Tovuzluya SƏRT SÖZLƏR - FOTO

Hazırda oxunan: Oğlunun iki arvadı olmasını istəyən Şəbnəm Tovuzluya SƏRT SÖZLƏR - FOTO

88332

Müğənni Şəbnəm Tovuzlu oğlu Əli ilə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, sənətçi bir müddət əvvəl övladının gələcəkdə dörd həyat yoldaşının olması ilə bağlı sözlərinə sosial şəbəkə hesabında aydınlıq gətirib.

Şəbnəm Əlinin dörd dəfə evlənib, dörd həyat yoldaşının olmasını zarafat mənasında söylədiyini vurğulayıb.

"Dörd dəfə zarafat olub, amma ikisinə şübhəniz olmasın. Əsas odur ki, yaxşı kişi, yaxşı ata və mərd oğul olsun" - deyə, Ş.Tovuzlu fikrini ifadə edib.

Müğənninin yazdığı fikirlər sosial şəbəkə əhli tərəfindən birmənalı qarşılanmayıb.

"İki həyat yoldaşına şübhəniz olmasın? Bəs siz özünüz iki arvaddan biri olmağa razı olarsız? Qızınız var. Onun iki həyat yoldaşından biri olmağına razılaşarsız? Cavabı deyirəm, əlbətdə yox! Heç bir xanım buna layiq deyil. Öz oğlunuzun xanımı üçün də bunu arzu etməyin. O da kiminsə qızı olacaq" - deyə, müğənninin izləyicisi yazıb. 

Daha bir izləyici, "Yəni deyirsiz ki, atasına bənzəsin hər tərəfli? Necə ki, onun iki həyat yoldaşı var" deyə yazıb.

Ş.Tovuzlu isə bu ittihamlara, "Oğlumun atasının necə kişi olduğunu hamı bilir. Bəli, əsl kişi elə olar, sahiblənməyi bilər. Təki atası kimi mərd, ağıllı və qoçaq olsun" cavabını yazıb.

Qeyd edək ki, Şəbnəm Tovuzlu Hacı Ramil adlı şəxslə ailəlidir. Onların bu nikahdan Əli adlı oğlan övladı var. İfaçının birinci evliliyindən isə bir qızı da var.

Rəşad Əliyev, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO