“Sənətə gələn gündən Azərbaycanın toylarını ələ almışam”.
Bizim.Media xəbər verir ki, bu sözləri ailə qurduqdan sonra Rusiyaya köçən müğənni Rəqsanə İsmayılova “Şourum” maqazin verilişinə müsahibəsində deyib.
Sənətçi Vətəni tərk edib yenidən Azərbaycana qayıtsa da istər səhnədə, istərsə də toylarda öz yerini qoruyub saxladığını açıqlayıb.
“Azərbaycandan Rusiyaya gedəndə günlərlə ağlayıb, göz yaşı tökdüm. Deyirdim ki, Moskvada kim məni tanıyıb söyləyəcək ki, bu Rəqsanədir? Amma Azərbaycanda hamının məni tanımasına artıq öyrəşmişdim.
Lakin gördüm ki, Moskvada yaşayan azərbaycanlılar üstümə gəlib, şəkil çəkdirirlər. İndi deyirəm ki, mən Azərbaycandan getdim, amma qayıdanda da istədiyim kimi qayıtdım”.
Qeyd edək ki, iş adamı Fazil Əmiraslanovla evli olan R.İsmayılovanın bir neçə il əvvəl əkizləri doğulub, onlardan biri dünyasını dəyişib. Müğənninin hazırda Aysun, Yağmur, Mehrimah adlı qızları və Muhammed adlı oğlan övladı var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
16:51 / 11.08.2022
Rəqsanə “meydan suladı”: “Azərbaycanın toylarını ələ almışam” - VİDEO
Hazırda oxunan: Rəqsanə “meydan suladı”: “Azərbaycanın toylarını ələ almışam” - VİDEO
Hazırda oxunan: Rəqsanə “meydan suladı”: “Azərbaycanın toylarını ələ almışam” - VİDEO
88114
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.