Afflek evləndikdən sonra evini 30 MİLYONA satışa çıxardı – FOTO

Afflek evləndikdən sonra evini 30 MİLYONA satışa çıxardı – FOTO

Hazırda oxunan: Afflek evləndikdən sonra evini 30 MİLYONA satışa çıxardı – FOTO

87933

49 yaşlı Ben Afflek həyat yoldaşı Cennifer Lopezlə evləndikdən dərhal sonra Los-Ancelesin elit bölgəsindəki malikanəsini 30 milyon dollara satışa çıxarıb. 

Bizim.Media xəbər verir ki, 4000 kvadrat metrlik ev rahat həyat üçün lazım olan hər şeylə təchiz edilib. 

Villanın sütunlu eyvanı, üç avtomobillik qarajı, ev kinoteatrı, ofisi, yeddi yataq otağı, möhtəşəm çilçıraqlı yemək otağı, şərab zirzəmisi və idman zalı var. 

Malikanə geniş otaqlar, şüşə divarlar və hündür tavanlarla ənənəvi Şərq Sahili üslubunda bəzədilib.  Afflekin evinin yerləşdiyi ərazi uzun müddətdir Hollivud məşhurlarının diqqətini cəlb edir.  
Şəhərin bu hissəsinin sakinləri arasında Afflekin ən yaxşı dostu, aktyor Mett Deymon və aktrisa Hilari Svank da var. Qeyd edək ki, Afflek malikanəni 2018-ci ildə trast fondu vasitəsilə 19 milyon dollara alıb.  

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO