Roza “qanlı bıçaq” olduğu həmkarlarından DANIŞDI: “Münasibətim pisdirsə, salam vermirəm” - VİDEO 

Roza “qanlı bıçaq” olduğu həmkarlarından DANIŞDI: “Münasibətim pisdirsə, salam vermirəm” - VİDEO 

Hazırda oxunan: Roza “qanlı bıçaq” olduğu həmkarlarından DANIŞDI: “Münasibətim pisdirsə, salam vermirəm” - VİDEO 

87832

Müğənni Roza Zərgərli küsülü olan həmkarlarından söz açıb. 

Bizim.Media xəbər verir ki, sənətçi bu haqda “Maqazin plyus” verilişində deyib. 

“Hansı məşhuru görüb salam verməmisən?” sualına Roza cavabı ilə diqqətləri üzərinə cəmləyib. 

Zərgərli “Danışmadığım məşhurların heç birinə salam vermirəm” söyləyərək fikirlərini belə davam edib. 

“Elə olur ki, küsülü olan həmkarlarım süfrə arxasına gəlirlər, özümü elə aparıram ki, sanki onları görmürəm. Sevil və Sevincə salam vermirəm. Çünki onlarla danışmıram. Eləcə də Nura Suri ilə də... Elza Seyidcahanla danışmırdım. İki dəfə ona özüm salam verdim. Amma gördüm ki, verdiyim salamı haqq etmir. Ona salam verməyi dayandırdım. Hansı məşhurla münasibətim pisdirsə, ona salam vermirəm. Elza özünün ağırlsızlığından münasibətlərimizi korladı. Əslində mənim kimi dostu itirmək olmaz” – deyə Roza Zərgərli bildirib.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO